Page 158 - Pure Life 02
P. 158

212/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           Yəhya Allahın başı və saqqalınən yun kimi, qar tək ağ, gözlərinin isə
                        atəş alovu kimi olmasını iddia edir. "Onun" səsinin gur-gur axan suların
                        səsi kimi olduğuna, sağ əlində yeddi ulduz, ağzından iti «iki ağızlı qılınc»
                        çıxdığına  təkid  edir.  Yəhya  Allahın  üzünün  isə  bütün  qüdrətilə  parlayan
                        günəş  kimi  olmasını  söyləyir.  Yəhya  "Vəhy"də  deyir:  "Onu  görən  kimi
                        ayaqlarına  ölü  kimi  yıxıldım.  O,  sağ  əlini  mənim  üstümə  qoyub  dedi:
                                                                        1
                        Qorxma! Birinci, Axırıncı və Diri olan Mənəm!"
                           Vəhy, 4-cü fəsil, 2-5-ci cümlələrdə, Allahın taxtda oturduğu, görünüşü
                        yəşəm və qırmızı əqiq daşına bənzədiyi və taxtın ətrafında zümrüdə bənzər
                        göy qurşağı olduğu söylənilir.
                           Taxtın ətrafında 24 ayrı taxt, taxtlar üzərində oturan ağ paltar geymiş
                        və başlarında qızıl tac olan 24 ağsaqqalların olduğu söylənilir. Taxtdan
                        şimşəklər,  göy  gurultuları  və  uğultular  çıxır,  onun  önündə  odla  yanan
                        yeddi  məşəldə  Allahın  yeddi  ruhunun  olması  deyilir.  Yanındakı  əcaib
                        məxluqlar dayanmadan Allaha deyirdilər: Var Olmuş, Var Olan, Küll-ix-
                                                                                         2
                        tiyar sahibi Rəbb Allah müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!
                        Xristianlıqda Allahın varlığına dəlillər
                        Xristianlıqda iman gətirmək və sorğu-sualsız Allaha itaət edərək, Onu dərk
                        etmək əsasdır.  Buna görə də, uzun illər boyu Yaradanın varlığına dəlil-sübut
                        gətirmək haqda fikir ortaya atılmamışdır. Əsl həqiqətdə, Allaha inanıb, İsaya
                        iman gətirib, Onu dərk etmək tələb edilmişdir. Lakin zaman keçdikcə, elm və
                        fəlsəfənin  yaratdığı  suallar  və  ağır  şübhələr  altında,  bəzi  xristian  alimləri
                        Allahın  varlığına  dəlillər  gətirməyə  başlamışdır.  Onların  arasında  qədim
                                                                         3
                        dövrün alimlərindən ən seçilmişi Tomas Akvinasdır.




                        1 Vəhy, 1-ci fəsil, 10-18-ci cümlələr
                        2 Vəhy, 4-cü fəsil, 2-5-ci cümlələr
                        3 Tomas Akvinas (Thomas Aquinas) (1225-1274), onu Foma Akvinat da adlandırırlar, orta
                        əsr  filosofu  və  ilahiyyatçısı,  məsihi  sxolastikasının  sistemləşdiricisi,  tomizmin  banisi.
                        İtaliyanın  Akvino  şəhərində,  zadəgan  ailəsində  dünyaya  göz  açmışdır.  Gənc  yaşlarında
                        Dominikan ordeninin  mənsublarından olmuşdur. İlk təhsilini  monastır  məktəbində almış,
                        daha  sonra  Neapol,  Paris,  Köln  şəhərlərində  universitetdə  oxumuşdur.  Əsas  əsərləri:
                        "Bütpərəstlər əleyhinə külliyyat" (1261-64), "Teologiya külliyyatı" (1265-73). 1879-cu ildə
                        Tomas Akvinasın sxolastik sistemi katolikliyin yeganə həqiqi fəlsəfəsi elan olunmuşdur.
   153   154   155   156   157   158   159   160   161   162   163