Page 159 - Pure Life 02
P. 159

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 211





                           Ey  imanı  az  olanlar,  bu  gün  olub  sabah  ocağa  atılan  çöl  otunu  Allah
                        belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? Beləliklə, "Nə
                        yeyəcəyik?",  "Nə  içəcəyik?"  və  yaxud  "Nə  geyəcəyik?"  deyə  qayğı
                                                                                1
                        çəkməyin. Beləliklə, sabahın qayğısını çəkməyin." -deyir.
                        7- Allahın ədalətli olması
                        İncildə müxtəlif cümlələrdə Allahın ədalətinə təkid edilərək, inşalara Onun
                        adil  hökmranlığına  üz  gətirmələri  tövsiyə  olunur.  Yəhya  Məsihdən
                        eşitdiyini  söyləyərək,  Allahı  nur  adlandırır.    Allahda  zərrə  qədər  də
                        qaranlıq olmamasına işarə edərək, deyir: "Allah sadiq və ədalətli olduğu
                                                                                               2
                        üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək."
                        Əhdi-cədiddə Allahın cismani təsviri
                        Ümumiyyətlə, ilk növbədə, "Üç üqnum"a olan inam və Ata Allah, Oğul Allah
                        (İsa) və Ruhül-qüdsün "Vahid Allahı" təşkil verməsi və Allahın bəndələrinin
                        günahını  yuması üçün oğlunu (özünü) fəda etməsi, çarmıxa çəkilməsi inancı
                        xristianlıqda Allahın cismani təsəvvürünün bariz nümunəsidir. Təəccübləndirici
                        haldır ki, Allahı belə gözəl şəkildə vəsf edən Əhdi-cədidin çoxsaylı digər fəsil
                        və cümlələrində Onu sadə bir insandan da aşağı səviyyəyə endirmişdir. «Vəhy»
                        kitabında  çox  qəribə  və  ağlasığmaz  fantastika,  xəyal  aləminə  dalan  Yəhya,
                        Allahı müxtəlif cismani formalarda təsvir edir.
                           Yəhya, 8-ci fəsil, 28-ci cümlə, 20-ci fəsil, 31-ci cümlə və 1-ci fəsil,
                        1-14-cü cümlələrdə İsanı (ə) Allahın yeganə, özündən doğulmuş həqiqi
                        (ayrılmış)  oğlu,  Allahın  özü  sayması,  Mark,  1-ci  fəs,  10-11-ci
                        cümlələrdə,  Ruhun  (Allahın)  göyərçin  kimi  İsanın  üzərinə  enməsi  də,
                        diqqət mərkəzindən qaçmamalıdır.
                           "Vəhy", 1-ci fəsil, 10-18-ci cümlələrə diqqət etdikdə isə təəccüblənməmək
                        olmur. Yəhya "Ruhun hakimiyyəti" altına düşdüyünü və arxasında boru səsinə
                        oxşar  yüksək  tonlu  səs  eşitdiyini  iddia  edir.  Yüksək  tonlu  səsin  sahibi  ona
                        müşahidə  edəcəyi  hər  bir  şeyi  kitaba  yazmasını  tələb  edir.  Yəhya  geri
                        çevirildiyi zaman, onunla danışanın kim olduğunu görür. Döndükdə yeddi qızıl
                        çıraqdan (şamdan) və onların arasında, ayağadək uzun paltar geymiş, sinəsinə
                        qızıl qurşaq taxmış, insan oğluna bənzər "Birini" (Allahı) görür.


                        1. Matta, 6:25-30
                        2. Yəhya incili, (1), 1:5 və 9
   154   155   156   157   158   159   160   161   162   163   164