Page 160 - Pure Life 02
P. 160
210/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
3- Allahın gözlə görülməməsi
Allahın gözlə görünməzliyi barəsində isə, Əhdi-cədiddə "Onu insanlardan
1
heç kəs görməyib və görə də bilməz." kimi cümlələri misal gətirmək olar.
4- Allahın mütləq qüdrətə sahib olması
İncilə görə Allah mütləq qüdrət sahibidir. Heç bir şey onun qüdrəti
2
xaricində deyil. Allah üçün hər şey mümkündür.
5- Allahın əbədi və əzəli olması
Əhdi-cədidin bəzi cümlələrində Allahın əbədi və əzəli bir varlıq olmasına
diqqət çəkilir. Allahı "Yeganə ölməzliyə malik olan və əlçatmaz nurda
3
yaşayan" adlandırır.
6- Allahın ruzi verən olması
Əhdi-cədiddə dəfələrlə Allahın "Rəzzaq" (ruzi bəxş edən) xüsusiyyətinə
təkid edilərək, xristianlara bu barədə diqqətli olmaları tövsiyə edilir. İlk
növbədə zəngin insanlara təkəbbürlü olmamaları və dünya malına
uymamaları tövsiyə edilir. "Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü
olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər
4
şeyi bol-bol verən Allaha ümid bəsləsinlər."
İncildə Həzrət İsanın (ə) təlimlərindən biri də, məhz Allahın ruzi bəxş
edən və Rəzzaq olmasıdır. İsa (ə) "Nə yeyəcəyik?" və yaxud "Nə
içəcəyik?", "Nə geyinəcəyik?" -deyə qayğı çəkməməyə çağırır. Çünki
Allah hər kəsin ruzisini bəxş edir. O, göydə uçan quşları misal çəkərək,
onların insanlar kimi əkinçiliklə, ticarətlə məşğul olmadıqlarını, lakin
Allah tərəfindən ruzi ilə təmin edildiklərini söyləyir. Ardınca, çöl
zanbaqlarını misal çəkir. Onların zəhmətsiz böyüyüb boy atdığına
baxmalarını istəyir. Ardınca insanlara müraciətlə: "Siz onlardan daha
qiymətli deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq
belə, uzada bilər? Nəyə görə geyim üçün qayğı çəkirsiniz?
1. Timoteyə, (1), 6:16
2. Matta, 19-cu fəsil, 25-ci cümlə
3. Timoteyə, (1), 6:17
4. Timoteyə, (1), 6:17