Page 161 - Pure Life 02
P. 161

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 209





                        XRİSTİANLIQDA ALLAH
                        Xristianlıqda  Allah  haqqında  olan  inam  müxtəlif  çalarlara  malikdir.
                        Müqəddəs saydıqları kitablarda Allah bir-birinə zidd olan ibarətlərlə təsvir
                        edilmişdir. Üstəlik, Müqəddəs Üçlüyə olan inam bu məsələni daha da qəliz
                        və  çıxılmaz  hala  salmışdır.  Buna  görə  də,  xristianlar  sorğu-sualsız  iman
                        gətirməyə  və  inanmağa  üz  gətirmişlər.  Amma  bununla  belə  müxaliflərin
                        çoxsaylı iradlarının və yunan fəlsəfəsinin qarşısında davam gətirməyərək,
                        bir sıra islahat işləri aparmışdlar.
                           Gəlin birlikdə xristianlığın Allah haqqındakı bəzi baxışlarını araşdıraq:
                        1- Allahın birliyi
                        İncildə Allahın varlığına təkid edilərək, onu belə vəsf edir: "Var Olmuş,
                                                                              1
                        Var olan, Küll-ixtiyar sahibi Rəbb Allah müqəddəsdir."
                           Əhdi-cədiddə  Allahın  birliyi  haqda  bir  sıra  mətləblər  mövcuddur.  Orada
                                                                                                 2
                        oxuyuruq:  "Ruh  bir,  iman  bir,  vəftiz  bir,  hamının  Allahı  və  Atası  birdir."
                                                                                                3
                        "Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur."
                           Əhdi-cədiddə bütlərə qurban kəsilməsi ilə mübarizə aparılır və bütlərə kəsilən
                        qurban ətlərinin yeyilməməsinə göstəriş verilir. Beləliklə, bütlərə təqdim olunan
                        qurban ətinin yeyilməsi barəsində bildirlir ki, "büt dünyada heç nədir" və "bir
                        olan Allahdan başqası yoxdur". Yerdə və yaxud göydə "allahlar" adlandırılanlara,
                        çoxlu "allahlar" və "sahiblərə" inananlara qarşı, bir Allaha etiqad bəslənilməsinə
                                  4
                        təkid edilir.  Əhdi-cədiddə oxuyuruq: "Əsrlərin Padşahı, ölməz, görünməz və bir
                                                                          5
                        olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin."
                        2- Allahın mütləq elmə malik olması
                         Əhdi-cədidin bəzi cümlələrində Allahın mütləq elmə malik olmasına təkid edilir,
                        Onun hər bir şeyə agah olmasına diqqət çəkilir. Belə ki, heç bir yaranış ona gizli
                                                                                          6
                        deyil. Bütün şeylər onun gözündə açıq və aydındır, onun üçün gizli deyil.



                        1. Yəhya vəhy, 4-cü fəsil, 8-ci cümlə
                        2. Efeslilərə, 4:5-6
                        3.Yaqub, 4:12; Yəhya, 5:44
                        4. Korinflilərə (1) 8:4-6
                        5. Timoteyə (1), 1:17
                        6. Matta, 10-cu fəsil, 30-cu cümlə; İbranilərə, 4-cü fəsil, 13-cü cümlə
   156   157   158   159   160   161   162   163   164   165   166