Page 162 - Pure Life 02
P. 162
208/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Təlmudda Allah çox vaxt tam maddi şəkildə və cismi xüsusiyyətlər ilə
1
təsvir edilir: Allah namaz qılır və Tövrat oxuyur. Bəndələrinin
2
çətinliklərinə və əzab-əziyyətlərinə ağlayır. Xəstələrə təsəlli verir və dəfn
3
mərasimlərində iştirak edir.
Yəhudilikdə səlbi ilahiyyat anlayışı
4
Yəhudi filosofları və sxolastikləri Filonun (m. ə. 15 – m. s. 50)
təsirlənərək, Allahın sifətlərini tanımağın, ona xüsusiyyətlər nisbət
verməyin mümkünsüz olmasını ortaya atmışlar.
İbrahim bin Davud (1110-1180) deyirdi ki, Allaha aid olan bütün
xüsusiyyətləri, yalnız səlbi şəkildə, yəni; əksinin Onda olmamasını
5
söyləyərək Yaradana nisbət verə bilərik.
Musa bin Məymun "Dəlalətül-hairin" kitabının çox böyük hissəsini bu məsələyə
ayırmışdır. O, demək olar ki, yəhudilikdəki səlbi ilahiyyatın ən bariz
şəxsiyyətlərindəndir. Onun fikrincə, hətta Allahın bir olduğunu söyləmək də, düzgün
deyildir. Tövhid belə, səlbi şəkildə bəyan edilməlidir. Yəni; "Allah birdir" söyləmək
əvəzinə, "Allah iki və ya çox deyildir" demək lazımdır. Çünki, zat vahiddirsə, onun
6
sifət və xüsusiyyətləri olmamalıdır. Əks təqdirdə vahid olmayacaqdır.
İbn Məynun fikrincə, tələffüz etdiyimiz bütün kamal xüsusiyyətləri ən
7
ali mənasında belə Allaha nisbət versən yenə də naqisdir.
Allaha müsbət xüsusiyyətləri nisbət verdikdə, onun çoxlu
xüsusiyyətlərinin olmasına inanırıq, bu da bir növ şirkə doğru aparır.
Dilimizdə onun bir olmasını söyləsək də, qəlbimiz bu xüsusiyyətləri
nəzərə alaraq, Onu çoxaldır. Amma yalnız onda olmayan xüsusiyyətləri
dilə gətirsək, buna inansaq, söylədiyimiz problemlər meydana
çıxmayacaqdır. Səlbi sifətlər bizə imkan verir ki Allahı daha yaxşı tanıyaq.
Allahı hər nə qədər xüsusiyyətlərdən tənzih edərək vəsf etsək, bir o
1
qədər tanımış olarıq. Bu, qüsursuz bir vəsf yoludur.
1. Evudaraza, 3B
2. Həgiga, 5B
3. Barəşit Rabba, 8:13
4. Runia, 1998, p 359
5. Samuelson, 1998, p 606
6. Dəlalətül-hairin, səh. 143, İbn Məymun, Ankara, 1972
7. Dəlalətül-hairin, səh. 135, İbn Məymun