Page 163 - Pure Life 02
P. 163

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 207





                           O Şəxs acizanə  deyir: Burax, gedim, çünki səhər açılır. Yaqubun  (ə) əlinə
                        fürsət düşərək, deyir: Mənə xeyir-dua verməsən, Səni buraxmaram. Şəxs soruşur:
                        Adın nədir? O deyir: Yaqub. O Şəxs "Artıq sənə Yaqub deyil, İsrail deyiləcək,
                        çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən". Yaqub Allahı üz-üzə
                        görüb və salamat qaldığı üçün Allahla güləşdiyi yerin adını Peniel qoyur.
                           Bibliyanın müasir tədqiqatçılarından olan Q. Qei deyir: «Müqəddəs kitab
                        çoxallahlıq  mifologiyasını  dəfələrlə  aşkar  şəkildə  özündə  əks  etdirir.»
                                                                                                 2
                        Tövratda  oxuyuruq:  "Ya  Rəbb,  allahlar  arasında  Sənin  kimisi  varmı?"
                                                                                                 3
                        Zəburda  deyilir:  "Ey  Xudavənd,  allahlar  arasında  Sənin  kimisi  yoxdur!"
                                                                                             4
                        "Axı Rəbb böyük Allahdır. Bütün allahlar üzərində əzəmətli Padşahdır."
                           Əlbəttə,  bəzi  yəhudi  tədqiqatçılar,  burada  "allahlar"dan  məqsədin
                        padşahlar olduğunu iddia edir.
                                                                           5
                           Bu  məsələ,  qismən  həqiqətə  uyğun  olsa  da,   Zəburdakı  bir  sıra
                        məsələlərin diqqət xaricində qalması mümkün deyil. Zəburda mövcud olan
                        çoxsaylı nümunələrə görə «Allahın» dünyanın yaranmasından əvvəl bir sıra
                        əjdahalarla mübarizə aparmalı olmuşdur. Məsələn: Zəburda Allaha xitabən
                        deyilir:  "Sən  dənizi  Öz  qüdrətinlə  böldün,  dəniz  əjdahalarının  başlarını
                                                                                             6
                        əzdin. Sən Livyatanın başlarını əzdin, onu çöl heyvanlarına yem etdin."
                           Zəbur Livyatanı bir tərəfdən balıq, bir tərəfdən əjdaha, gah Allahın yaratdığı
                        dərkedilməz bir qüvvə, gah da ki Allahla mübarizəyə başlamış güclü varlıq
                        kimi təsvir edir. Başqa bir yerdə qeyd edilir ki, bu balığın gündəlik yeməyi
                                                                          7
                        uzunluğu üç yüz mil olan iri buynuzlu balıqlardır.
                           Təlmudda isə bu balıq barədə belə yazılır: «Allah gündə 12 saat məşğul
                        olur. Birinci 3 saat oturub tövratı oxuyur. İkinci 3 saatı kainatı mühakimə
                        edir. Əgər o, dünyanı dağıtmaq qərarına gəlirsə, mühakimə taxtından qalxıb
                        mərhəmət taxtına əyləşir. Üçüncü 3 saat isə Tanrı bütün canlıların ruzisini
                        verir. Dördüncü üç saat da isə Livyatan balığı ilə oynayır.»

                        1. Dəlalətül-hairin, səh. 139-140, İbn Məymun
                        2. Çıxış, 15:11
                        3. Məzmur, 86:8
                        4. Məzmur, 95:3
                        5 Belə nəzərə gəlir ki, həmin tədqiqatçıların sözlərində həqiqət vardır. Çünki, Əhdi-ətiqin bir çox yerlərində padşahlara
                        "allahlar" deyə müraciət edilib. Burada "allah" padşah mənasına işlədilib. Nümunə olaraq, Məzmur, 82:1-8  baxın.
                        6. Zəbur, 74-cü fəs. 13-14-ci cüm
                        7. Yeşaya, 27:1; Əyyub, 41:1-34; Məzmur, 104:26
   158   159   160   161   162   163   164   165   166   167   168