Page 186 - Pure Life 02
P. 186

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 184





                           «Davudun vaxtında əri cəbhədə ölən qadınları almağı nəhs bildiklərinə
                        görə,  heç  kim  onlarla  evlənmirdi.  Oriya  döyüşdə  şəhid  oldu.  Davud  (ə)
                        Allahın əmrilə onun arvadını aldı. (Ki, xalq arasına olan bu xurafi əqidə öz
                        təsirini  itirərək,  qüvvədən  düşsün.)  Camaata  da,  belə  iş  qəribə  gəldiyinə
                        görə, bir sıra səfeh, şüursuz əfsanələr qurdular.»
                           Məsələlərin  ciddiliyini  və  əhəmiyyətini  nəzərə  alaraq  Qurani-kərimin
                        Həzrət Davuda (ə) olan baxışıyla tanış olaq:
                           1.  «O,  şəriət  və  müqəddəs  kitaba  malik  olan  peyğəmbər  idi.»
                               (Nisa, 163; İsra, 35)
                           2.  «Allah ona hökumət və hikmət bağışlamışdır. İstədiyi hər bir şeyi
                               Davuda (ə) öyrətmişdir.»
                           3.  «Allah ona hünər və sənət öyrətmiş, kəramət bağışlamışdır.» (Ən-
                               biya, 80; Səba, 10)
                           4.  «Ona pak-saleh övlad vermişdir.» (Süleyman, ;Sad, 30)
                           5.  «Davud (ə) qüdrət, qüvvət və nemət sahibi olmasına baxmayaraq,
                               həmişə  Allahı  yad  edərdi.  Bir  an  belə  Allahdan  qafil  olmazdı.»
                               (Sad, 17)
                           6.  «Biz dağları Davuda ram etdik ki, axşam-səhər onunla birgə Allahı
                               təsdiq edib, Tanrının şəninə təriflər deyərlər. Biz quşları da toplu
                               halında ona ram etmişdik. Və hamısı Davuda tabe idilər. Biz onun
                               hökumətini  möhkəmləndirdik.  Ona  hikmət,  düzgün  hökm  vermək
                               qüdrəti öyrətdik.» (Sad surəsi)

                        ix.    5- Əyyub peyğəmbər (ə)
                        Qurani-kərim  Əyyubun (ə)  ilahi  imtahanlardan  üzü  ağ  çıxdığını  söyləyir
                        və buyurur: «Onun səbrini gördük. Nə gözəl bəndə idi. Şübhəsiz daim Al-
                        laha doğru üz tutan adam idi.» (Sad, 44)
                           İmam Sadiq (ə) buyurur:  «Şeytan Allaha Əyyubun ona verdiyi nemət
                        xətrinə sadiq olduğunu dedi və Allahdan onu imtahan etməsini dilədi. Allah
                        (ki, bilirdi Əyyub mömin bir bəndədir ki, lakin şeytana sübut olması üçün)
                        peyğəmbərin var-dövlətini əlindən alıb, onu çox məhdud və az zaman sürən
                        ağır xəstəliyə düçar etdi. Arvadı ona vəfalı olaraq, çətin halında tərk etmədi.
                        Bəni-israil rəhbərləri Əyyuba dedilər: «Sən günahkarsan, elə bu səbəbdən
                        də,  belə  bəlaya  dücar  olmusan.»  Amma  o,  dözümlü  olaraq,  imtahandan
                        üzü ağ çıxdı.» (ixtisarla)
   181   182   183   184   185   186   187   188   189   190   191