Page 187 - Pure Life 02
P. 187

183/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                  x.    Davud peyğəmbər (ə)
                        Bütün İslam mənbələri İncildə Davuda nisbət verilmiş əməlin əksinə çıxaraq,
                        ciddi surətdə bu işi böhtan sayaraq pisləmişlər:
                           Həzrəti Əli (ə) buyurur: «Hər kimi yanıma gətirsələr ki, desin: «Davud
                        (ə) Oriyanın arvadı Varsiviya ilə qeyri-qanuni cinsi əlaqədə olub, ona iki
                        cəza müəyyən edərəm. Biri peyğəmbəri təhqir etdiyi üçün (80 şallaq zərbəsi),
                        digəri isə İslam üçün! (Yəni İslam qanununda belə belə böhtan söyləməyə
                                                 1
                        80 şallaq zərbəsi düşür.)»
                           İmam Rza (ə)-dan bu barədə sual olunduqda çox narahat olaraq buyurur:
                        «Sübhənallah! Çox qəribədir. Belə çirkin əməli Allah peyğəmbərinə necə
                        nisbət verirlər?! O necə peyğəmbərdir ki, öz namazını bir göyərçindən ötrü
                        tərk edir. Bu, bir günah!
                           Namazı buraxandan sonra, xırda uşaqlar tək göyərçinin ardınca dama çıxır?
                           Sonra  damın  üstündən  gözəl  bir  qadını  görür...  Göyərçini  tərk  edərək
                        ona vurulur? Bu ikinci günah!
                           İyrənc iş görür (namusa toxunur), bir halda ki, o qadının ərli olduğunu
                        bilir! (Bu üçüncü günah!)
                           Kələk qurur, qadının ərini öldürtdürür. (Dördüncü günah - müəllif)
                           Bu ilahi fərmanlarından üz döndərməkdir! Bu çirkin işdir! Bu zinadır...
                        Günahsız şəxsi öldürtməkdir! Ərli arvada toxunmaqdır! Görəsən bütün bu
                        günahlarla, o necə Allah peyğəmbəri oldu?!»
                           İmam Sadiqin (ə) bu barədə olan etirazına diqqət edin:
                           Camaatın hamısının razılığını ələ gətirmək olmur. Onların ağzını bağlamaq
                        mümkün deyil! Görmədinmi, necə də bu nalayiq işi Həzrət Davuda (ə) nisbət
                        verdilər?
                           Guya o, quşun ardınca sarayın damına çıxdı? Gözü Oriyanın arvadına
                        düşdü?  Ona  toxundu? Ərini  ön  cəbhəyə  göndərdi  ki,  öldürsünlər?  Sonra
                        isə onun arvadı ilə evləndi?
                           İmam Rza (ə) isə məsələni olduqca gözəl formada aydınlaşdırır:







                        1.  «Məcməül-bəyan»,  Sad  surəsinin  21-25-ci  ayələrinin  təfsiri  və  həmçinin  Fəxrrazinin
                        təfsiri, eyni surə və ayələr.
   182   183   184   185   186   187   188   189   190   191   192