Page 188 - Pure Life 02
P. 188
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 182
12. «Həzrət İbrahim (ə) bütpərəstlərlə elmi mübarizədə güclü dəlillərə
və Allah tərəfindən bəxş olunmuş əsaslı məntiqə malik idi.»
(Ənam, 83)
13. İbrahim (ə) Allahın itaətkar və daim Onun «əmrlərinə təslim olan» nəcib
bəndəsi idi: «O, təkallahlı və müsəlman idi.» (Ali-İmran, 67-68)
14. O, ölümün gözünə dik baxan, şücaətli və qorxmaz idi. Buna sübut,
onun oda atılması və cəsarətlə bütləri sındıraraq, məhv etməsi idi.
(Ənbiya və Saffat) İbrahim (ə) peyğəmbərin bütləri sındırdığı üçün
oda atılması və Kəbəni tikməsinə İncildə işarə belə olunmayıbdır.
xi. Yaqub peyğəmbər (ə)
Quranda Yaqub peyğəmbərin (ə) Allahla güləşməsindən, nə də qardaşı
Evasa qarşı işlətdiyi hiyləgərlikdən söhbət açılmışdır. Qurani-kərimə görə,
peyğəmbərliyə layiq görülən Yaqubun (ə) Tanrı qarşısında üsyan etməsi
və ya hiyləgərlik, fırıldaqçılıqla onun xeyir-duasını oğurlaması mümkün
deyil. Çünki Tanrı elçisinə yaraşmayan bir hərəkətdir.
Müsəlmanların ilahi kitabına istinad edərək arxayınlıqla demək olar ki,
Yaqub (ə), Yusifi (ə) quyuya atan oğlanlarına, onun ölüm xəbərini gətirdikdə
nəinki inanmadı, hətta onların bu çirkin hiyləsindən müdriklik və uzaqgörənliklə
agah oldu. Doğrudur, o qəlbində (daxilində) qəmlənərək ağladı, gözləri
tutuldu, lakin bu sakit və adi surətdə hicran, ayrılıqlar oğul-ata məhəbbətinin
nişanəsidir. (Yusif, 84)
Yaqub peyğəmbər və Quranın təbirincə desək, bu imtahanda «gözəl səbir
və dözüm» nümayiş etdirdi. Quranda Yaqub barəsində zikr olunan ayələrdə
belə nəticəyə gəlmək olar:
1. Allahın sevimli peyğəmbəri olan İbrahim (ə) kimi əzəmətli peyğəmbərlə
birgə adı çəkilən Yaqub (ə) öz övladlarını həmişə yalnız Uca Xaliqə
pərəstiş etməyə çağırırdı. (Bəqərə, 132)
2. O, elm sahibi idi və bu elmi ona Allah özü bəxş etmişdi. (Yusif, 68)
3. O pərhizkar və imanlı bəndə idi. (Ali-İmran, 93)
4. Yaqub (ə) oğlunun ölüm xəbərin eşitdikdə dedi: «Mən bu işə
(müsibətə) gözəl şəkildə səbirli və dözümlü olacağam. »» (Yusif, 18)
5. Qurana görə, hətta Yaqub ikinci sevimli oğlundan məhrum olduqda
belə, yenə dedi: «Mən yenə də gözəl şəkildə səbirli və dözümlü
olacağam.» (Yusif, 83)