Page 190 - Pure Life 02
P. 190

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 180





                           -   Allah-təala kamilliyin özü və həqiqətidir. Ən ali varlıq olan Bənzərsiz
                              Yaradanla (birbaşa və ya vasitəli) əlaqə saxlayan, onun əmrlərini eşidən,
                              xalqa çatdırmağa məsul olan şəxs, özü də bu yüksək məqama ləyaqətli
                              olmalıdır. Allahla söhbətə hər insan layiq görülə bilməz! Yalnız buna
                              çıxarı olan, pak dəyərli insanlar belə dərəcəyə yetişə bilər.
                           Əhdi-ətiqin günahkar, bütpərəst, zinakar və sair kimi pis əməllər nisbət
                        verdiyi peyğəmbərlərin Qurani-kərimdə təsviri:

               xiii.    Lut peyğəmbər (ə)
                        Biz Qurana baxdıqda müxtəlif surələrdə Lut peyğəmbərin (ə) adının 27 dəfə
                        çəkildiyinin  şahid  oluruq.  Onları  oxuduqda  Quranın  Luta  (ə)  münasibəti
                        barədə belə nəticə almaq olar:
                           1.  Lut inamlı və etibarlı peyğəmbər idi. (Şüəra, 162)
                           2.  Xalqı daim paklığa doğru çağırardı. (Şüəra, 163)
                           3.  Lut və ardıcılları pakizə adamlar idi. (Nəml, 56; Əraf, 82)
                           4.  Lut qeyrətli və qonaqpərvər idi. (Hicr, 68)
                           Quran Həzrət Lutun (ə), çox çirkin işlə-homoseksualizmlə məşğul olan
                        tayfasına qarşı etdiyi təblağatından söz açır. İlahi peyğəmbərlərə xas olan
                        cəsarətlə, onları bu iyrənc işdən uzaqlaşdırmaq üçün çalışdığını söyləyir.
                        Amma həddini aşmış pozğun insanlar Lutu və onun tərəfdarlarını şəhərdən
                        qovmaqla hədələyirlər.
                           Müsəlmanların müqəddəs kitabı, Həzrət Lutun (ə) tayfasının öz qonaqlarına
                        (iki cavan cildinə girmiş mələklərə) qarşı da pis niyyətdə, zorakılıq qəsdində
                        olduğunu gördükdə böyük mərdliklə qızlarını onlara arvadlığa təklif etməsini
                        yazır. Belə ki, bu azğın tayfanı ram edib yola gətirmək istəyən Lut (ə) bütün
                        vasitələrə əl atsa da, rədd cavabı alır. Sanki qorxunun nə olduğunu bilmək
                        istəyən insanlar, «Allahdan bizə əzab istə» deyə onu ələ salırdılar. Lutun
                        (ə) qonaqları ilə cinsi əlaqə istəyindən vaz keçə bilməyən ədəbsiz insanlar,
                        onun hər bir təklifini qulaq ardına vururdular. Nəhayət, Lut onlara deyir:
                        «Sizin aranızda başa düşən bir nəfər yoxdurmu?» Və Allah Luta oranı tərk
                        etməyi əmr edir. Lut öz ailəsi və ardıcılları ilə oranı tərk etdikdən sonra
                        Tanrı o tayfanı yerlə-yeksan edir. Qurani-kərim İncilin Luta (ə) nisbət verdiyi
                        əməl barəsində heç bir məlumat vermir. Çünki müsəlmanların bu səmavi
                        kitabı peyğəmbərləri belə şərəfsiz əməllərdən uzaq və pak sayır.
   185   186   187   188   189   190   191   192   193   194   195