Page 189 - Pure Life 02
P. 189

181/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                xii.    İbrahim peyğəmbər (ə)
                        İbrahim peyğəmbərin adı Quranda 25 surədə 69 dəfə çəkilir.
                           Həzrət İbrahimin (ə) namussuzluq etdiyini söyləyən İncilin tam əksinə
                        olaraq Qurani-kərim onu belə mədh edir:
                           1.  O, həyatının əvvəlindən rəşadətli, cəsur, dünyagörüşlü və Allahpərəst
                               bir şəxs idi: «Biz Musadan öncə İbrahimi irşad etdik, onun mərifətinə
                               və ləyaqətinə kamilən agah idik.» (Ənbiya, 51)
                           2.  O, dünyada seçilmiş və Axirətdə də saleh insanlardandır: «Biz onu
                               dünyada seçdik və Axirətdə də salehlərdəndir.» (Bəqərə, 130)
                           3.  O  əvvəlcədən  təkallahlı  olmuş  və  heç  vaxt  müşriklərlə  həməqidə
                               olmamışdır. (Ənam, 79)
                           4.  İbrahim (ə) o qədər ilahi, mənəvi kamilliyə çatmışdı ki, göylərin və
                                                               1
                               yerin  «gizli  və  uca  səltənətini»   müşahidə  edirdi,  çox  düzgün  və
                               yetkin  imana  sahib  idi:  «Beləcə  İbrahimə  göylərin  və  yerin
                               «mələkutu»nu göstərdik ki, yəqin əhli olsun.» (Ənam, 75)
                           5.  İstər  rəftarında  və  istərsə  də  danışdığı  sözlərdə  doğru,  layiq  bir
                               peyğəmbər idi: «Quranda İbrahimi yad et ki, o çox doğrucul və Allah
                               tərəfindən göndərilən peyğəmbər idi.» (Məryəm, 41)
                           6.  «O Allahın mömin və xeyirxah bəndəsi idi.» (Saffat, 109-111)
                           7.  Pak, təmiz qəlbli idi: «O vaxt ki, İbrahim pak qəlblə Allah tərəfindən
                               xalqı doğru yola yönəltmək üçün gəldi.» (Saffat, 84)
                           8.  «İbadətində və xeyirxahlıqda qüvvət sahibi və bəsirətli insanlardan
                               idi ki, baxışında xəta, səhv yoxdur. O, məxsus ixlasa malik Allah
                               bəndəsi, həmişə Axirəti yad edən bir şəxs idi. O, seçilmişlərdən və
                               yaxşı əməl sahiblərindən idi.» (Sad, 45-47)
                           9.  O, «peyğəmbərlik» məqamından əlavə «imamlıq» rütbəsinə də layiq
                               görülmüşdü: «Allah (İbrahimə): «Səni insanlara imam təyin edirəm.»
                               (Bəqərə, 124)
                           10. O, Qurana istinadən «Ulul-Əzm» -əzəmətli beş peyğəmbərdən biridir
                               ki, ibarətdir: «İbrahim (ə) Nuh (ə), Musa (ə), İsa (ə) və Məhəmməd
                               (s).» (Əhzab, 7; Şura, 13; Ə`la, 18-19)
                           11. «İbrahim (ə) Allah tərəfindən verilmiş  yazıya  (sühufa)  malikdir.»
                               (Ə`la, 19)

                        1. Dini istilahda bu «mələkut» adlanır.
   184   185   186   187   188   189   190   191   192   193   194