Page 191 - Pure Life 02
P. 191
179/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
6. 44-cü fəs., 19-32-ci cüm: «Məndən sonra göndəriləcək peyğəmbər
elm və məsləhət ruhu ilə zinət verilib. Hikmət və bacarıq ruhu ilə
bəzədilib. Qorxu və məhəbbət ruhu ilə ali düşüncə və humanist ideyalarla
dolu, məhəbbət və rəhmət peyğəmbəridir. Ədalət və pərhizkarlıq, lütf
və səbr ruhu ki, adi insanlardan qat-qat çoxdur, ona əta edilmişdir. Necə
də xoşbəxtdir onun dövründə yaşayıb ona iman gətirənlər! Siz də şahid
olun ki, mən onun haqq niyyətini görüb ehtiramla onun qarşısında baş
əydim. Bütün peyğəmbərlər də onun haqqında eşidərkən belə edib.
Mən onun gəlişini əvvəlcədən bilib təsəlli tapdım və dedim: «Ey
Məhəmməd, mən fəxr edərəm ki, sənin xidmətində olum.»
Bundan əlavə Barnaba incili 22-ci fəs., 20-ci cüm., 94-cü fəs., 16-19-cu
cüm., 55-ci fəs., 22-ci cüm., 43-cü fəs., 13-15-ci cüm., 39-cu fəs., 14-16-cı
cümlələrdə də Məhəmməd peyğəmbərin (s) barəsində çoxlu məlumatlar
vardır ki, onları burada yazmaq imkan xaricindədir.
Qurani-kərimdə peyğəmbərlərin təsviri
Qurani-kərimin simasında İslamın peyğəmbərlərə olan münasibəti birmə-
nalıdır. Ən başlıcası budur ki, Quran peyğəmbərləri hər günah və çirkin
əməldən uzaq, pak sayır. Qurana görə peyğəmbər heç vaxt günah etməz və
ümumiyyətlə, peyğəmbər seçilmiş şəxs günahkar olmamalıdır. Bunun da
bir neçə səbəbi vardır:
- Allahın əmrlərini xalqa yetirən hər peyğəmbər, əgər özü onlara əməl
etməzsə, xalqı doğruluğa, paklığa çağıraraq özü isə bunun əksinə
əməl edərsə, camaat arasında onun etibarı itər. Və həmçinin söylədiyi
əmrlər də etibarsız sayılır. Nəticədə xalq dindən uzaqlaşar, peyğəmbərə
inanmaz. Bu da hikmətli və müdrik Yaradanın insanları doğru yola
yönəltmək hədəfinə uyğun olaraq atıla biləsi düzgün addım deyildir.
Çünki Allahın məqsədilə tənasüb daşımır.
- Peyğəmbər günahkar və xətakar bir şəxs olarsa, dini dəyişə bilər.
İlahi buyruqlarını olduğu kimi insanlara çatdırmaq əvəzinə, öz şeytani
istəyinə və şəxsi mənafeyinə uyğun olaraq açıqlayar. Allah isə belə
adamı peyğəmbər seçməz!
- Peyğəmbər əslində insanlar üçün ən gözəl nümunədir. Xalq təkcə
onun söylədikləri ilə deyil, həqiqətdə peyğəmbərin əməli və rəftarı
ilə islah olunur, Allaha doğru yönəlir.