Page 192 - Pure Life 02
P. 192

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 178





                           İsanın  şagirdləri  soruşdular:  «Ey  müqəddəs  müəllim!  Söylədiyin  şəxs
                        kimdir?!»
                           Həzrət İsa (ə) buyurdu: «O, Allahın pak peyğəmbəri Məhəmməddir (s)!
                        O gəldikdə, uzun müddət yağışa həsrət qalmış torpağın güclü yağışın köməyilə
                        bar verdiyi kimi, yer üzü mənəvi bərəkətlə dolacaqdır. O öz saleh əməllərilə
                        insanları düzlüyə doğru yönəldəcəkdir...»
                           2.  2-ci fəs., 13-17-ci cüm.: «Mən bilirəm ki, məni düşmənlərimə satan
                               adam özü mənim yerimə dara çəkiləcəkdir. Çünki Allah məni səmavi
                               səltənətə  aparacaq,  düşmənlərimsə  elə  xəyal  edəcəklər  ki,  məni
                               öldürmüşlər... Amma Tanrının sevimli elçisi Məhəmməd (s) gələrək
                               bu cəfəngiyatlara son qoyacaq.»
                           3.  220-ci fəs., 19-20-ci cüm.: «Mən İsa Məryəm (ə) oğlu günahsızam.
                               Lakin bəzi adamlar mənim haqqımda söyləyəcəklər ki, «o, Allahdır»,
                               «o, Allahın həqiqi oğludur.» halbuki, mən heç vaxt belə söyləmərəm.
                           Bədxah əməlli insanlar (mənim həqiqi təlimlərimin məhv olduğunu görüb)
                        sevinərlər. Elə güman edərlər ki, məni çarmıxa çəkdilər. Onlar daim istehza
                        edərlər. Tanrı bu sözləri bəyənməyəcək və  Onun iradəsi istəməyəcək  ki,
                        şeytanlar qiyamət günü mənə gülüb ələ salsınlar.
                           Elə bu səbəbdən də, bu gülüşlər və ələsalmalar tanrı elçisi (s), Məhəmməd
                        gələnə  qədər  qalacaq.  O,  yer  üzünə  gəldikdə  hər  bir  imanlı  şəxs  bunun
                        yanlış və yalan olduğunu anlayacaq. Çünki o, «şeytanın ölü qardaşlarının»
                        ört-basdır  etdiklərinin  üstünü  açaraq  faş  edəcək.  Bu  şübhə,  beləliklə,
                        pak-qəlblilərin ürəyindən silinəcəkdir.»

                           4.  36-cı  fəs., 6-8-ci  cüm.: «Artıq  bütün  peyğəmbərlər  gəlib,  Allahın
                               sonuncu elçisindən başqa. O məndən sonra gələcəkdir. Mən onun
                               üçün  şərait  hazırlamağa  gəldim.  Ondan  sonra  heç  peyğəmbər
                               gəlməyəcək, amma yalançı peyğəmbərlər tapılacaq.»
                           «Soruşuldu: «O kimdir?»
                           İsa (ə) buyurdu: «Onun adı Məhəmməddir!»

                           5.  69-cu cüm. fəsil, 158-159-cu cüm.: «Allah yer üzünə rəhm edəcək və
                               öz peyğəmbəri Məhəmmədi (s) onlara yollayacaq... O, cənubdan gələcək.
                               Bütlərin  və  bütpərəstlərin  kökünü  kəsəcək.  Bəşərə  hakim  kəsilmiş
                               şeytanı məyus edəcək. Ona iman gətirənlər nə xoşbəxtdirlər!»
   187   188   189   190   191   192   193   194   195   196   197