Page 193 - Pure Life 02
P. 193
177/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Pavel həvarilərin işləri, 15-ci fəs., 36-39-cu cümlələrdə Barnaba ilə olan
mübahisənin, Markı özü ilə təbliğ aparmaq barəsində olduğunu yazsa da, Barnaba
öz incilində bunun səbəbini üç şeydə görür: 1-Pavelin «sünnəti» ləğv etməsini.
İsanı «Allahın oğlu» bilməsini. 3-Qadağan olunmuş ətləri halal bilməsini. O həmçinin
«üç üqnum əqidəsinin» əleyhinə də çıxaraq, onu rədd edir. Bu əqidənin hələ İsanın
(ə) dövründəki bütpərəstlərə aid olduğunu vurğulayaraq Məsihin (ə) onları lənətlədiyini
söyləyirdi. (Barnaba incili, 22-ci fəs., 1-5-ci cüm.; 2-ci fəs., 10-11-ci cüm.)
İndi isə Barnaba incili haqqında: Barnaba incili 325-ci ilə kimi İskəndəriyyə
kilsələrində istifadə edilirdi. Və hamı onu müqəddəs kitab kimi qəbul edib,
göstərişlərilə oturub-dururdu. Amma 325-ci ilə Nikeyya şurasında Pavelin
«üçlük» əqidəsi rəsmən qəbul olunduqdan sonra isə, bu əqidənin əleyhinə aşkar
dəlillərlə dolu olan məhkum olunmuş 300-ə qədər incilin arasında Barnaba incili
də yer aldı. Digər incillər kimi onu oxumaq da haram sayılaraq ona etiqad
bəsləyənlər təqib olundu. Dasasyus (366-cı ildə) Gelasyus (395 m i), İnusənt
(465 m i), Hermisdas (514) və sair «papalar» müxtəlif illərdə onu oxuyanları
cəzalandırmaq əmrini vermişdi. Elə bu səbəbdən də itirildi. Bu kitab, 475-ci
ildə Barnabanın qəbri kəşf olunarkən tapıldı.
Amma bu barədə heç bir əlavə məlumat verilmədən, yoxa çıxarıldı. Bu
vəziyyət XVII əsrə qədər davam etdi. Amma onun yunan və latın dillərində
olan nüsxələri 1645-ci ildə tapılaraq yenidən çap edildi. Amma onun bütün
nüsxələri kiminsə tərəfindən elə satışa çıxarılan gün alınaraq məhv edildi.
Fələstində tapılmış digər nüsxələrlə birgə təkmilləşdirilmiş Barnaba incili,
nəhayət, ki, müxtəlif illərdə yenidən çap üzü gördü: 1859, 1865, 1900 və s.
Qədim nüsxələrdən sayılan İtalyan və İspan dilində olan incillər indi də
dünya alimlərinin diqqət mərkəzindədir.
Barnaba incili, Məhəmməd (s) peyğəmbərin gəlişi haqqında, İsanın (ə)
söylədiklərini olduğu kimi nəql edir. Onun gələcəyi barəsində əvvəlcədən ətraflı
şəkildə xəbər verdiyini söyləyir. Biz onlardan bir neçəsini sizə təqdim edirik:
1. Barnaba incili, 163-cü fəsil, 1-11-ci cümlələr: «Bir şəxs gələcəkdir ki,
millətlər onu gözləyirlər. Nə xoşbəxtdir o kəslər ki, onun müqəddəs
kəlamlarını dinləyəcəklər. Allah-təala onun həqiqi tərəfdarlarına öz rəhmət
sayəsini salacaqdır. Necə ki bu xurma ağacı bizi öz kölgəsi altına alıb
və bizi qızmar günəşin odlu şüalarından qoruyur. Allahın rəhməti də
ona həqiqi iman gətirənləri şeytanın fitnəsindən qoruyacaqdır.»