Page 194 - Pure Life 02
P. 194

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 176





                           «Başqa bir «təsəlliverici» ibarəsindən məlum olur ki, məqsəd «müqəddəs
                        ruh» deyildir. Çünki məsihilərin özlərinə də gün kimi aydındır ki, müqəddəs
                        ruhun «başqası» olmur. Burada söhbət göndəriləcək «peyğəmbərdən» gedir.

                           6.  Yəhya incili, 12-ci fəs., 7-15-ci cümlələrdə deyilir: «Bununla mən sizə
                               həqiqət söləyirəm. Mənim getməyim sizin üçün xeyirlidir. Çünki mən
                               getməsəm, «təsəlliverici sizin yanınaza gəlməz.»
                           Yuxarıdakı cümlələrdən belə başa düşülür ki, gələcək «təsəlliverici» İsadan (ə)
                        daha əhəmiyyətli və xeyirlidir. Halbuki, xristianların əqidəsinə görə «müqəddəs
                        ruh» heç vaxt İsadan (ə) üstün və xeyirli ola bilməz. Deməli, söhbət daha
                        xeyirli və kamil şəriət gətirəcək peyğəmbərdən gedir ki, o, İsadan (ə) sonra
                        gələn yeganə peyğəmbər - Məhəmmədə (s) işarədir.


                        Barnaba incili
                        Barnaba İsaya (ə) ilk iman gətirənlərdən idi və onun «həvarisi» sayılırdı. Çox
                        güman ki, Luka 6/16 da indiyədək kimliyi açıqlanmayan 11-ci həvari (Yəhuda)
                        Barnaba idi. Və onu ikinci ləqəbilə yazmışlar. Həvarilərin işləri, 4-cü fəs., 36-cı
                        cümlədə belə yazılır: «Kiprdə anadan olmuş Levili Yusif də (ki, həvarilər ona
                        Barnaba ləqəbini verdilər, bu da «Təsəlli oğlu» deməkdir)...»
                           O, Markın qohumu idi. (Koloslulara, 4-cü fəs., 10-cu cüm.)
                           Barnaba,  Pavelin  təbirincə  «Müqəddəs  ruh  və  imanla  dolu,  yaxşı  bir
                        adam idi.» O, İsanın (ə) sevimlisi idi. Elə buna görə də hamının yanında,
                        xüsusilə də, həvarilərin yanında çox böyük hörmət, nüfuz sahibi idi. Hətta
                        Paveli həvarilər öz yanlarına qəbul etməyib qovanda, o məhz Barnabaya pənah
                        gətirdi.  Və  həvarilər  Barnabanın  xətrinə  Paveli  özlərinə  yaxın  buraxdılar.
                        (Həvarilərin işləri, 9-cu fəs., 2 6-27-ci cüm.)
                           O, Yerusəlimdəki cəmiyyətin aparıcı qüvvələrindən biri olaraq Antakiyaya
                        və digər bölgələrə İsanın (ə) dinini təbliğ etməyə gedir və çox böyük naliyyətlər
                        əldə edirdi.
                           Əlbəttə, demək olar ki, Pavellə kəskin mübahisəsindən sonra onun adı,
                        «naməlum əllər» tərəfindən incil və risalələrdən silindi. Və bu mübahisədən
                        sonrakı  məlumatlarda  məsihiyyət  dininin  yaranışı  və  təbliğində  bənzərsiz
                        zəhməti olmuş Barnaba barəsində heç bir məlumat verilmir.
   189   190   191   192   193   194   195   196   197   198   199