Page 195 - Pure Life 02
P. 195
175/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
1
Diqqət etmək lazımdır ki, əsl həqiqətdə bu söz «farqalit» deyil, «feriklit»dir.
Və «həmd olunmuş, təriflənmiş» mənasınadır ki, ərəbcə «Əhməd, Məhəm-
məd» adlanır.
2. Yəhya incili digər incillərin tam əksinə olaraq ibrani dilində deyil,
yunan dilində yazılmışdır. Yəni İsanın (ə) ana dilində deyil, əcnəbi
dilində yazılmışdır. Onu da xatırlatmaq lazımdır ki, əvvəlki fəsillərdə
deyildiyi kimi, bu incili İsanın (ə) həvarisi adlanan Yəhya yox,
başqaları yazaraq ona nisbət vermişdir. Bildiyiniz kimi, Yəhya incilini
2
yazan yəhudilər o dövrdə məşhur olan Filonun fəlsəfi məktəbinin
tam təsiri altında onu qələmə almışlar. Elə bu səbəbdəndir ki, Yəhya
incilində bütün incillərdən fərqli, onlarda olmayan fəlsəfi mətləbləri
qələmə alınmışdır. Bu incili yunanca yazan yəhudilər ya naşılıq,
savadsızlıq və ya da qəsdən «feriklit» kəlməsinin yerinə əslində heç
bir məna daşımayan «farqalit» kəlməsini yazmış, və «qərəzli əllər»
onu tərcümə edərkən «həmd olunmuş» əvəzinə «təsəlliverici» kimi
tanıtmışlar.
3. İncilin qədim siryani nüsxəsində «Periclyte» kəlməsində («həmd
olunmuş») yazılmışdır. Onun əski arami nüsxəsində də, «mihəmdə»
3
və «həmidə», yəni «Əhməd» və «Məhəmməd» yazılmışdır.
4. İncildə gəlişindən xəbər verilmiş «təsəlliverici»nin nişanələrindən
aydın olur ki, o müstəqil bir şəxsdir. Lakin incillərdən oxuduğumuz
kimi, məlumdur ki, «müqəddəs ruh» müstəqil şəxsiyyət deyil, bəlkə
həvarilərə ilham verən, təlim verən, elm bəxş edən ilahi iradəsi və
ruhudur. (Korinflilərə, 1-ci məktub, 2-ci fəs., 11-14-cü cüm.) Deməli,
sözü gedən «təsəlliverici»dən məqsəd müqəddəs ruh deyildir.
5. Bəşarət verilmiş cümlələrdə deyilir: «Daim sizinlə bərabər olmaq üçün
sizə başqa bir «təsəlliverici» versin.» (Yəhya, 14-cü fəs., 15-ci cüm.)
1. Piriclyte
2. Philon
3. Professor Əbdül-Əhəd Dadud, «Məhəmməd Bibliyada», səh. 239.