Page 196 - Pure Life 02
P. 196

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 174





                           Lakin maraqlıdır ki, Həzrət İsa (ə) burada da öz şagirdlərinə təhrifə yol
                        verməməyə, özünün göylər səltənətinə gedişindən sonra bu əhəmiyyətli xəbəri
                        yaddan çıxarmamağa əmr edir. Xəbərin unudula biləcəyindən ehtiyat edən
                        İsa  (ə)  peyğəmbər  həvarilərinə  «xəbər»in  gələcək  nəsillərə  öyrədilməsi
                        üçün,  (bir  növ  şahidlik  etməyi)  çalışmağı  tapşırır.  Onun  ilahi  peyğəmbər
                        olacağını, İsanı (ə) təsdiq edəcəyini də «gələcək peyğəmbərin» nişanəsi kimi
                        qeyd edir.
                           «Amma mən gedərəmsə, onu sizə göndərərəm.» (həmin yer, 9-cu cüm.)
                        «Mən getməsəm, o sizin yanınıza gəlməz.»
                           İncillərdən məlum olduğu kimi, «müqəddəs ruh» daim İsanın (ə) yanında
                        və həvarilərlə birgə idi. O heç vaxt onlardan ayrı düşməmişdi. Onun həvarilərlə
                        əlaqə  saxlamasının  İsanın  getməyilə  heç  bir  rabitəsi  yoxdur.  Deməli,
                        «müqəddəs ruhun göndərilməsi» mənasızdır. Göndəriləcək şəxs «peyğəmbər»
                        dir, nəinki «müqəddəs ruh».

                        «Təsəlliverici» barəsində tədqiq (İslam baxımından)
                        Əvvəldə  işarə  edildiyi  kimi,  islam  alimləri  «təsəlliverici»dən  məqsəd
                        Ruhul-qüds (müqəddəs ruh)un olmadığını və Məhəmməd peyğəmbərin (s)
                        olduğuna  etiqad  bəsləyirlər.  Bu  barədə  olan  çoxsaylı  dəlil-sübutların  bir
                        neçəsinə işarə edirik:
                                                                                                 1
                           1.  «Təsəlliverici» kəlməsi yunan sözü kimi qələmə verilən «Farqalit»dən
                               tərcümə olunmuşdur. Əslində isə «Farqalit» «şəfaət edən, təsəlli verən»
                               mənasında deyildir. Həqiqətdə «Farqalit» sözü heç yunan dilində də
                               gözə çarpmır. Yunan dilindən azca məlumatı olan hər kəs bilir ki,
                                                                                   2
                               «təsəlliverici»  yunanca  «Farqalit»  yox,  «farakailok»   adlanır.  Belə
                               ki,  Ermiya  nəbinin  kitabında  ibranicə  «minaxim»  –  «təsəlliverici»
                               sözünün yunanca tərcüməsi «frakailon»dur, «farqalit» deyilir. Bundan
                               əlavə yunanca «sunegorus» və «meditea» kimi «təsəlliverici, şəfaət
                               edən» mənalı sözlər də vardır. Deməli, «Farqalit» kimi yeni kəlmə
                               yaratmağa heç bir ehtiyac yox idi. Yunanca heç bir mənası olmayan,
                               kimin quraşdıraraq incilə artırdığı bəlli olmayan «farqalit» kəlməsinin
                               «təsəlliverici» kimi tərcümə olunması çox təccüb doğurur.


                        1. Paraclete
                        2. Parakalon
   191   192   193   194   195   196   197   198   199   200   201