Page 197 - Pure Life 02
P. 197

173/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                        Şərh:
                        «Başqa bir «təsəlliverici» ifadəsindən məlum olur ki, söhbət «göndəriləcək
                        peyğəmbər»dən gedir. İsadan (ə) sonra isə Məhəmməddən (s) qeyri «başqa
                        peyğəmbər» gəlməmişdir.
                           «Daim sizinlə bərabər olmaq üçün» ifadəsi isə, onun gətirəcəyi şəriət və
                        kitabın, dinin əbədi olduğuna işarədir.
                           «Bu həqiqət ruhudur: onun dünya qəbul edə bilməz. Çünki onu görmür
                        və tanımır. Siz isə onu tanıyırsınız. O, sizin yanınızda durur və sizin yanınızda
                        olacaqdır.»
                           Burada qeyd olunan «həqiqət ruhunun», Ruhul-qüds olmaması barəsində
                        gələn bölmədə olduqca ətraflı şəkildə bəhs olunacaqdır.
                           «Siz onu tanıyırsınız» və sairdən məqsəd isə Məhəmmədin (s) barəsində,
                        xüsusilə də incildə verilmiş xəbərdir. İsa (ə) hətta öz qeybi elmilə bu xəbərin,
                        incil təhrif olunduqdan sonra da tam silinməyəcəyini, sonrakı nəsillərə yetişəcəyini
                        də vurğulayır. Elə bu səbəbdən də Quran buyurur: «Kitab verdiyimiz kimsələr
                        (Əhli-kitab) oğullarını tanıdıqları kimi tanıdırlar, Məhəmməd (s) peyğəmbərə
                        İman gətirməyənlər isə özlərinə ziyan vururlar.» (Ən`am, 20)
                           «Amma mənim adımla göndəriləcək təsəlliverici sizə hər şeyi öyrədəcək
                        və sizə söylədiyim hər şeyi xatırladacaqdır... Bunu sizə baş verməzdən əvvəl
                        söylədiyim ki, baş verəndə iman edəsiniz.»


                        Şərh:
                        «Mənim adımla göndəriləcək» - yəni İsanı (ə) təsdiq edəcək bir peyğəmbər.
                        Necə ki Məhəmməd onu təsdiq etdi. «Hər şeyi sizə xatırladacaq» - Allahın
                        Rəsulu (s) öz gəlişi ilə hər şeyi, bütün həqiqətləri, o cümlədən də öz gəlişi
                        barədə incildə xəbər verilməsini xatırlatdı.
                           Sonuncu  cümlədə  İsanın  (ə)  təkidlə  xəbərdarlığına  fikir  verin.  O  sanki  bu
                        sözlərin unudulmasından, təhrifə uğramasından qorxur, və bu barədə narahatdır.
                           Gəlin Yəhya incilinin 15-ci fəs., 26-cı cümləsinə diqqət edək:
                           «Atadan sizə göndərəcəyim «təsəlliverici» gəldiyi zaman mənim üçün şahidlik
                        edəcək. Siz də (ona) şahidlik edərsiniz, çünki başlanğıcdan mənimləsiniz.»
                           Əziz oxucu, bu cümlənin Məhəmmədə (s) aid olması heç bir şəkk-şübhə
                        doğurmur. Onun İsa (ə) barəsində söylədiklərini Qurana müraciət edən hər
                        kəs aydın təsdiqləyər.
   192   193   194   195   196   197   198   199   200   201   202