Page 198 - Pure Life 02
P. 198

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 172





                        Şərh:
                        İslam peyğəmbəri (s) də öz gəlişi və səmavi kitabı ilə insanlara ört-basdır
                        edilmiş həqiqətləri açıqladı. Qurani-kərim kimi kamil və daim doğru yolu
                        açıqlayan ilahi kitab gətirdi. Necə ki, çoxsaylı Quran ayələrinə diqqət etdikdə
                        oxuyuruq: «Doğru yol göstərir, rəhmət verir yaxşılara bu kitab!» (Loğman,
                        1.«Hər şeyi bəyan edən bu kitaba and olsun!» (Duxan, 2) «Şübhə yoxdur ki,
                        bu kitab haqdan gəlib, təqva sahiblərinə doğru yolu göstərir.» (Bəqərə, 2)
                           «Ona görə ki, öz adından söyləməyəcəkdir. Amma (ilahi vəhydən) hər nə
                        eşidərsə söyləyəcəkdir və gələcəyi sizə bildirəcəkdir.»
                           Bəli, azca fikirləşsək görərik ki, Qurandakı bütün sözlər birbaşa Allah adından
                        söylənilir və bu kitabın heç bir yerində ayələrin Məhəmmədin (s) öz adından
                        söylədiyinə rast  gələ  bilməzsiniz. Necə  ki,  Quranda buyurulur:  «Məhəmməd
                        heç vaxt «həvayi-nəfs» (öz-özündən, boş-boşuna» öz mənafeyi üçün) üzündən
                        söz  deməz.  Onun  dedikləri  nazil  olunmuş  vəhydən  başqa  bir  şey  deyildir.
                        Dediklərini ona çox güclü (mələk) olan Cəbrayıl öyrətmişdir.» (Nəcm, 3-5)
                           Həzrət Məhəmmədin (s) gələcəkdən verdiyi xəbərlər də göz önündədir.
                        «Rum» surəsinə müraciət edən hər kəs bunun şahidi ola bilər.
                           «O  məni  izzətləndirəcəkdir,  çünki  mənim  özümdən  götürəcək  və  sizə
                        bildirəcəkdir.»

                        Şərh:
                        Əvvəldə qeyd etdiyimiz kimi, İslam peyğəmbəri (s) İsanı (ə) həqiqətən də,
                        izzətləndirdi. Onu təsdiq edərək mədh etdi. (Bu barədə İsa (ə) islam nəzərində»
                        bölməsinə müraciət edin.) Ona atılan böhtan və iftiraları rədd etdi. Və özündən
                        yeni bir din gətirmədiyini, Quranın isə İncil və Tövratda yazıların kamil bir
                        forması olduğunu söylədi. Belə ki, Quran həqiqi tövrat və incili təsdiqləyir,
                        onlardakı məlumatların təkamül və yekun zirvəsidir. Qurani-kərim buyurur:
                        «Uydurma  bir  hədis  deyildir  bu  Quran!  Əvvəldə  göndərilmiş  kitabların
                        təsdiqləyicisidir. Hər şeyin açıqlamasıdır. Doğru yolu göstərəndir. Rəhmət
                        verəndir insanlara.» (Yusuf, 111)
                           Eləcə  də  Yəhya  incili,  14-cü  fəs.,  15-17-ci  və  26-29-cu  cümlələr  də
                        Məhəmmədin (s) gəlişindən xəbər verir:
                           «Mən də, Atadan xahiş edəcəyəm ki, O daim sizinlə bərabər olmaq üçün
                        sizə başqa bir «təsəlliverici» versin»
   193   194   195   196   197   198   199   200   201   202   203