Page 199 - Pure Life 02
P. 199
171/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
İnsanları bir olan Allaha ibadət etməyə dəvət etmişdir. Onu şirkdən
münəzzəh saymışdır. «Üç üqnum əqidəsi»nin cəfəngiyat olduğunu dəfələrlə
israr etmiş, «İsanın (ə) Allah oğlu olmadığını» bəyan etmişdir.
1. «Hökm barəsində olan səhv» həm də xristianların «şərtinin ləğv
olunmuş», «məhkum olunmuş» hesab etmələri ilə yanlış addım
atdıqlarına işarədir.
Yəni yuxarıdakı cümlələrdə «hökm» dən məqsəd «ilahi hökmlər-qanunlar»,
başqa sözlə desək, «şəriət» də ola bilər. Fəda inancına əsaslanaraq şəriətin
ləğv olunduğunu düşünənləri məhz Məhəmməd (s) öz atəşin şəriəti ilə
rədd etmiş, «həqiqi incil və tövratın» şifahi hökmlərinə əməl edənləri
alqışlamışdır. Necə ki Qurani-kərimdə oxuyuruq: «İncil əhli Allahın onda
nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər,
əlbəttə, günahkarlardır.» (Maidə, 47)
Digər ayələrdə indiki incil və tövratın tərhif olunduğunu dolayısı ilə də
olsa bəyan edən Quran, həqiqətdə keçmiş dövrlərdəki incil və tövratın həqiqi
hökmlərinə əməl edən insanların doğru yolda olduqlarına işarə edərək, xüsusi
bir incəliklə şəriətin zərurətinə haqq qazandırır.
2. «Dünyanın başçısı»ndan məqsəd «şeytan» olduğunu bir fərziyyə kimi
qəbul etsək, Məhəmmədin (s) gəlişi ilə şeytanın məhkum olmasını
başa düşmək çətin deyildir. O öz peyğəmbərliyi ilə şeytanı məğlub
edərək onun bütün hiylələrini, iftiralarını ifşa etdi. Və cahan həqiqəti
anlamaqda acizlik çəkmədi.
1
3. Bəzi islam alimlərinin nəzərincə, hətta cümlədəki «məhkum» sözü,
«məmur» kəlməsinin təhrif olunmuş versiyasıdır. «Dünyanın başçısı»
ndan məqsəd isə Məhəmməd (s) peyğəmbərdir. O, Tanrının sonuncu,
kamil dinini gətirərək bütün dünyanı Allaha və islama doğru dəvət
etməyə məmur oldu.
«Sizə söyləyəcəyim daha çox sözlərim var, amma indi bunlar sizdə sığmaz.
O, yəni həqiqət ruhu gəldikdə, sizə hər həqiqətə yol göstərəcəkdir.»
1. Məhəmməd Sadiqi, «Bibliya bəşarətləri», səh. 226-227.