Page 200 - Pure Life 02
P. 200
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 170
1. Tanrı elçisi Məhəmməd (s), İsaya (ə) nisbət verilmiş ilahi peyğəmbərlərə
xas olmayan çirkin əməlləri (İsanın (ə) özünü «Allah» və ya «Allahın
oğlu» adlandıraraq xalqı şirkə, çoxallahlılığa sürükləməsinin) cəfəngiyat
olduğunu bəyan etmiş. Bu böyük günahın İsadan (ə) uzaq olduğunu,
heç bir vaxt belə iddialar etmədiyini, yalnız insanları vahid Allaha
sitayiş etməyə doğru çağırdığını söylədi.
«Salehlik barəsində (səhvləri ifşa edəcəkdir), çünki Atamın yanına gedirəm
və artıq məni görməyəcəksiniz.»
Şərh:
1. Məsihilərin etiqadlı olduqları «fəda» inancı «saleh əməllərin vacibliyi
ilə daban-dabana ziddir.
Saleh əməllərə və şəriətə məhəl qoymayan, yalnız «İsanın (ə) çarmıxa
çəkilməsinə» olan inamla kifayətlənərək, əbədi behişt əhli olacaqlarını güman
edən bəzi məsihilərin səhvdə olduqları şübhə doğurmur.
Məhəmməd peyğəmbər (s) də bu əqidənin yanlış olmasını söyləyərək,
onların səhvini ifşa etdi.
2. Eyni zamanda İsanı (ə) və Məryəmi (ə) Allahın saleh bəndələri
adlandıraraq, hər iftiradan təmizlədi.
«Və hökm barəsində (səhvləri ifşa edəcəkdir), çünki bu «dünyanın başçısı»
1
məhkum olunmuşdur.»
Şərh:
4. «Dünyanın başçısı» Allahdır. Xristianlar öz şirklə dolu, bütpərəst
ideyalarına uyğun olan əqidələri ilə Onu məhkum etmişlər. «Üç üqnum
əqidəsi», «Fəda» və s kimi müşrik əqidələrinə görə həqiqətdə onu
məhdud etmiş, kiçiltmiş və təhqir etmişlər.
Məhəmməd peyğəmbər (s) bütün bunları rədd edərək, mifik əfsanə və
uydurma kimi dəyərləndirmişdir. O, tövhidi bütün İslam təlimlərinin ruhu
və əsası saymışdır.
1. Xristian alimlərinə görə, «dünyanın başçısın»dan məqsəd «şeytan»dır.