Page 201 - Pure Life 02
P. 201
169/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Amma mənim adımla göndəriləcək «təsəlliverici» söylədiyim hər şeyi sizə
xatırladacaqdır... Bunu sizə baş verməzdən əvvəl söylədim ki, baş verəndə iman edəsiniz.»
1. Yəhya incili, 15-ci fəs., 26-27-ci cüm.: «Atamın sizə göndərəcəyi
1
«təsəlliverici», gəldiyi zaman mənim üçün şəhadət edəcəkdir. Siz
şəhadət edərsiniz, çünki başlanğıcdan mənimləsiniz.»
Məşhur islam alimlərinin fikrincə, Yəhya incilinin 16-cı fəs., 7-15-ci
cümlələrində qeyd olunan «təsəlliverici» Məhəmməd (s) peyğəmbərə aiddir.
2
Çünki «təsəlliverici» kəlməsi əslində «həmd olunmuş» – «təriflənmiş»
kəlməsinin yerinə «səhvən» soxuşdurulmuşdur. Bu kəlmə əslində, «həmd
olunmuş» -Əhməd mənasınadır, lakin sonradan təhrifə uğrayaraq «təsəlliverici
Ruhul-qüds» şəklinə salınmışdır. Bu söz əski mətnlərdə «həmdolunmuş» kimi
yazılmışdır. Amma cümlələrə diqqətlə nəzər yetirdikdə görərik ki, bu
«təsəlliverici» heç də, Ruhul-qüds deyil və ola da bilməz. (Bu barədə bir az
sona məlumat veriləcək.)
Ümumiyyətlə, 16-cı fəsildəki 7-15-ci və 14-15-ci fəsillərdəki cümlələri
də nəzərə almaqla, onların birbaşa Məhəmməd peyğəmbərə (s) aid olduğu
gün kimi aydındır.
«O gəldiyi zaman dünyanın günah, salehlik və hökm barəsində səhvlərini
ifşa edəcəkdir. Çünki günah barəsində mənə iman etmirlər.»
Şərh:
2. İsadan (ə) sonra, əvvəldə işarə etdiyimiz kimi, bəzi şəxslərin xüsusi
canfəşanlığı nəticəsində Məsih dinində «şəriət» ləğv olundu. İsanın
(ə) bəşərin «günahı» nı yumaq üçün dünyaya gəlib dara çəkildiyini
zənn edən bütpərəst yunan fəlsəfi əqidələrinin təsiri altına düşən
şəxslər belə etdilər. Bu isə Məsihi təlimlərinin tam ziddinə idi.
Amma Məhəmməd peyğəmbər (s) onların bu sözlərini İsaya (ə) atılan
böhtan adlandıraraq Qurani-kərimdə aşkarcasına rədd etdi.
3. Məhəmməd peyğəmbər (s) gəlişi ilə «atasız» doğulmuş İsaya (ə) və
onun anası müqəddəs Məryəmə (ə) Yəhudilər tərəfindən atılan
böhtanları, onlara nisbət verilmiş pis əməlləri, günahları rədd edərək
Məryəmi (ə) pak və iffətli qadın adlandırdı, onları izzətləndirdi.
1. Şahidlik
2. Ərəbcə «Əhməd», «Məhəmməd»