Page 202 - Pure Life 02
P. 202
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 168
Habakkuk nəbi, 3-cü fəs., 3-6-cı cüm.: «Tanrı Tiymandan gəldi. Müqəddəs
şəxs isə Faran dağından gələcək. Dünyanın sonunadək onun əzəməti göyləri
bürüyəcək və yerlər ona həmd-səna oxuyacaq...»
Bəzi islam alimləri belə qənaətdədirlər ki, hər iki cümlələrdə Faran dağından
aləmə saçılan nur Həzrət Məhəmməddir (s).
Tanrının Sinadan çıxması Musa (ə)ya aiddir ki, orada Allahla danışdı və
ona peyğəmbərlik verildi.
Sairdən nur saçması, həmçinin, Tiymandan gəlməsi isə İsaya (ə) aid olunur.
Faran dağından gələn, şəriət gətirən «müqəddəs şəxs» isə Məhəmməd (s) dir.
Çünki Faran bütün ərəb tarixçilərinin və çoxsaylı İncil tədqiqatçı şərhçi-
lərinin əqidəsinə əsasən, Ərəbistan yarımadasında yerləşən, Məkkə vadisi
yaxınlığındakı «Həra» dağına deyilir. Və Məhəmməd peyğəmbər (s)də,
məhz elə burada peyğəmbərlik verilmişdir və o, dünyaya nur saçan«atəşin
şəriətini» gətirdi.
1. Yəhya incili 16-cı fəs., 7-15-ci cüm.: «İsa dedi: Bununla mən sizə
həqiqəti söyləyirəm: Mənim getməyim sizin üçün xeyirlidir. Çünki
mən getməsəm «təsəlliverici» sizin yanınıza gəlməz... O gəldiyi zaman
dünyanın günah, salehlik və hökm barəsində səhvlərini ifşa edəcəkdir.
Çünki günah barəsində mənə iman etmirlər. Salehlik barəsində,
çünki atamın yanına gedirəm. Və artıq məni görməyəcəksiniz. Və
hökm barəsində çünki bu dünyanın rəisi məhkum olunmuşdur. Sizə
söyləyəcəyim daha çox sözlərim var: amma indi bunlar sizdə sığmaz.
O, yəni «həqiqət ruhu» gəldikdə sizə hər həqiqətə yol göstərəcək.
Ona görə ki, öz adından söyləməyəcəkdir; amma hər nə «eşidirsə»
söyləyəcək və gələcəyi sizə bildirəcəkdir. O məni izzətləndirəcəkdir,
çünki mənim özümdən götürəcək və sizə bildirəcəkdir.»
2. Yəhya incili, 14-cü fəs., 15-17, 26, 29-cu cüm.: «Əgər məni sevirsinizsə
əmrlərimi yerinə yetirin. Mən də Atadan xahiş edəcəyəm ki, O daim
sizinlə bərabər olmaq üçün sizə başqa bir «təsəlliverici» versin. Bu
«həqiqət ruhudur», onu dünya qəbul edə bilmir, çünki onu görmür
və tanımır. Siz isə onu tanyırsınız, çünki o sizin yanınızda durur və
sizin yanınızda olacaqdır...