Page 203 - Pure Life 02
P. 203
167/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Qurani-kərimdə buyurulur: «Məhəmməd boş-boşuna söz deməz. Onun
dedikləri nazil olunmuş vəhydən başqa bir şey deyil. Dediklərini çox güclü
(mələk) olan Cəbrayıl öyrətmişdir ona.» (Nəcm, 3-5)
Hamıya məlumdur ki, İncildə ilahi vəhydən əsər-əlamət belə yoxdur.
Hətta buradakı hikmətli sözlər də, birbaşa İsaya (ə) nisbət verilibdir. Amma
Qurandakı ayələr, Tövratda işarə olunduğu kimi «Allahın adı ilə başlayaraq,
birbaşa Allaha nisbət verilir. Üçüncü nişanə də, məhz buna işarə edir. Lakin
xristianlar öz dini çıxışlarını tək Allahın adı ilə yox, «Ata Oğul və Ruhul-
qüds»ün adı ilə başlayırlar.
1. Tövratda və həmçinin Osiya nəbinin kitabında, 9-cu fəsil və 6-7-ci
cüm.-də əsla savad olmadan ilahi ruhu ilə rabitəli, səmavi vəhyə malik
bir peyğəmbərin gələcəyindən xəbər verilir. Xatırladır; onun kəlamları
o qədər ali və həqiqətlə dolu olacaqdır ki, müxalifləri bu ecazkar
kəlamın qarşısında heç bir dəlil-sübutla çıxış edə bilməyəcəklərini
gördükdə, onu «dəli» adlandıracaqlar.
Heç bir savadı olmayan, Allahın ona bəxş etdiyi təkallahlığa, sülhə, paklığa,
insaniyyətə doğru çağıran, ilahi kəlamlarını söyləyən, xalq arasında «əmin»
kimi tanınan Məhəmmədi də, pak mənəviyyatdan uzaq olan müşrik və
bütpərəstlər «dəli» adlandırdı. Onların cahiliyyəti o həddə yetmişdi ki, «bu
dəli bizə 360 Allahı kənara qoyaraq, bir Allaha sitayiş etməyi tövsiyə
edir?!» deyə təəccüblənirdilər.
Qurani-kərim bu barədə buyurur: «Zikri (Quranı) eşidən zaman, peyğəmbərə
dəli deyirlər. Bir halda ki, Quran aləmlər üçün zikrdən başqa bir şey deyildir.»
(Qələm, 51)
Beləliklə, islam alimləri öz müqəddəs kitabları olan Qurandan ilham alaraq,
İncildə və müqəddəs peyğəmbərlərin yazılarında olan savadsız peyğəmbərin»
məhz Məhəmməd (s) olduğuna təkidlidirlər. Bu barədə Quranda oxuyuruq:
«Allahın göndərdiyi «savadsız peyğəmbərdən» ki, onun adı və nişanələri
tövrat və incildə yazılmışdır...» (Ə`raf, 157)
2. Tövrat, Təsniyə 33-cü fəs., 1-3-cü cüm.: «Tanrı Sina dağından çıxdı,
Sairdən onların üzünə nur saçdı və sonra Faran dağından parladı.
Minlərlə mömin və müqəddəs insanlar irəli gəldi və sağ əlindən onlara
«atəşin şəriət» yetirdi.»