Page 204 - Pure Life 02
P. 204

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 166





                                                                                1
                           -   Birinci nişanə: «İsmayıl və İshaq bir atanın oğullarıdır.  Yəhudilər-İshaqın
                              övladları, ərəblər isə  İsmayılın övladlarıdır. Məhəmməd peyğəmbər
                              (s) də İsmayılın nəslindəndir. Deməli, yəhudilərin qardaşı övladlarından
                                      2
                              sayılır.»
                                                                                3
                           -   «Məhəmməd peyğəmbər (s) Yaqubun qardaşı Evesin  övladlarındandır
                                                                          4
                              ki, İsmayıl peyğəmbərin qızı ilə evlənmişdir.»
                           -   İkinci nişanə: Məhəmmədin (s) Musaya (ə) oxşarlığı.
                                                                                 5
                           -   Onlar  ata-analı  və  adi  doğuluşla  dünyaya  gəlmişlər.  Amma  İsa  (ə)
                              atasız və möcüzəli doğuluşla dünyaya gəlmişdir.
                           -   Nəhayət, Musa (ə) və Məhəmmədi (s) xalq qəbul etmiş, onları rəhbər
                              seçmişdir. Lakin İsanı (ə) qəbul etməmişlər.
                           -   Onlar hakim olmuş, amma İsanın (ə) hakimliyi və səltənəti bu aləmdə
                              deyil, səmavi səltənətdir.
                           -   Onlar evli olmuş, lakin İsa (ə) ömür boyu subay olmuşdur. Deməli,
                              Musaya (ə) oxşar peyğəmbər Məhəmməddir (s), nəinki İsa (ə).
                           Üçüncü nişanə: «Sözlərini o mənim adımdan söyləyəcək. Mən nə desəm,
                        o da onu deyəcəkdir.»
                           Məhəmmədə  peyğəmbərlik  verilərkən  o  heç  bir  təhsil  görməmiş,  hətta
                        oxumağı-yazmağı  da  bacarmayan  bir  şəxs  idi.  Elə  bu  səbəbdən  də  Həra
                        dağında  Cəbrayıl  adlı  mələk  vəhyi  ona  gətirərək,  «oxu»  dedikdə  o  «mən
                        oxuya bilmirəm» cavabını verdi.
                           Cəbrayılın iki dəfə «oxu» deyə təkidindən sonra da o eyni cavabı eşitdi:
                        «Mən oxumağı bacarmıram.» Bunun ardınca Allah-təala sonsuz qüdrətilə öz
                        kəlamlarını Məhəmmədin (s) qəlbinə qoyaraq, Ələq surəsinin, 1-5-ci ayələrini
                        onun dili ilə söylətdi: «Oxu! Allahın adı ilə oxu! Rəbbindir ən böyük kərəm
                        sahibi. Yazmağı öyrətmiş...» Və 23 il müddətində beləcə Tanrı öz kəlamlarını
                        onun qəlbində yerləşdirərək, onun dili ilə ifadə etdi.





                        1. Əhməd Didad, «Bibliya Məhəmməd (s) haqqda nə deyir?», səh. 12
                        2. Varlıq, 25-ci fəs., 17-18-ci cüm.
                        3. Təsniyə, 28-ci fəs., 8-10-cu cüm.
                        4. Məhəmməd Sadiqi, «Əhdi-ətiqin bəşarətləri», səh. 218-219.
                        5. Əhməd Didada məxsusdur.
   199   200   201   202   203   204   205   206   207   208   209