Page 205 - Pure Life 02
P. 205
165/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Məhəmməd peyğəmbər (s) barəsində İncildə xəbər verilməsi və əhli-kitabın
bu barədə geniş anlayışa malik olması, Quranda o qədər aydın və dəqiqdir
ki, Ali-İmran surəsinin 70-ci ayəsində buyurulur: «Ey əhli-kitab! Şahid
olduğunuz halda nə üçün Allahın ayələrinə qarşı küfr edirsiniz?» Gördüyünüz
kimi, Quran onların hətta şahidlik etmək əvəzinə, inkar etmələrinə təəccüblənir.
Ənam surəsinin 20-ci ayəsində oxuyuruq: «Əhli-kitab, oğullarını tanıdıqları
kimi tanıyırlar (Məhəmməd (s) peyğəmbəri. İman gətirməyənlər isə özlərinə
ziyan vururlar.»
Yuxarıdakı ayənin, necə də şiddətlə əhli-kitabı məhkum etməsindən
anlayarıq ki, Quran tam əminliklə Məhəmməd (s) barəsində İncildə xəbərlərin
olmasına etiqadlıdır. Elə bu səbəbdən də, İslam alimləri bu barədə tam
əmindirlər. Necə ki, Əraf surəsinin 157-ci ayəsində belə deyilir: «Allahın
göndərdiyi «savadsız peyğəmbər»dən ki, onun adı və nişanələri onların
yanında tövrat və incildə yazılmışdır...»
Beləliklə, biz daha ətraflı tanışlıq üçün islam alimlərinin İncildə istinad
etdiyi cümlələrə diqqət yetirməyi lazım görürük. İncildə istinad olunan
cümlələr çoxdur, lakin onların əsas və məşhurlarına müraciət edərək heç
bir münasibət göstərmədən sizə çatdırmağı lazım bildik. Məsələyə tam
münasibət isə «araşdırma» bölməsində diqqətinizə təqdim olunacaqdır.
2. Tövrat, Təsniyə, 18-ci fəs., 17-22-ci cüm.: Bəni-İsrailə de: Mən
(Allah) sonda onlar üçün öz qardaşı övladlarından sənə oxşar sənə
(Musaya) oxşar peyğəmbər göndərəcəyəm. Onun ağzına-dodaqlarına
öz sözlərimi qoyacağam. (Öz sözlərimi onun dili ilə ifadə edəcəyəm.)
Mən hər nə söyləsəm, hər nə desəm o da, onu deyəcəkdir. Onu
mənim adımdan söyləyəcəkdir. Onun mənim adımdan söyləyəcəyi
sözləri eşitməyərək qəbul etməyən kəsləri, Mən (Allah) taparam!
(Cəzalandıraram.)
Çoxsaylı İslam alim və tədqiqatçılarının fikrinə əsasən, bu cümlələrdə
işarə olunan «gələcək peyğəmbər» Həzrət Məhəmməddir. Çünki yuxarıda
işarə olunan gələcək peyğəmbərin nişanələrinin hamısını məhz onda tapmaq
olur. Bu nişanələr aşağıdakılardan ibarətdir:
- Yəhudilərin öz qardaşı övladlarından olmalıdır.
- Musaya (ə) oxşar olmalıdır.
- Allah hər nə söyləsə, onu deməli, sözləri yalnız Allahın adı ilə söyləməlidir.