Page 206 - Pure Life 02
P. 206

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 164





                                     xiv.  - İslam baxışında
                        İslam dininə əsasən, «peyğəmbərlik» iddiasında olan şəxsin, doğrudan da,
                        peyğəmbər olub-olmadığını anlamaq üçün çoxsaylı yollar vardır. Onların
                        biri  də  özünü  «tanrı  elçisi»  adlandıran  şəxsin  barəsində,  keçmiş  ilahi
                        peyğəmbərlərin verdiyi xəbərdir. Yəni əgər İsa (ə) Məhəmmədin (s) barəsində
                        əvvəlcədən  xəbər  verirsə,  onu  adını  və  ya  nişanələrini  söyləyirsə,  bu,
                        Məhəmmədin  (s)həqiqətən  peyğəmbər  olduğuna  bir  dəlil-sübut  sayılır.
                        Çünki hər xəta-səhvdən uzaq olan peyğəmbər İlahinin onlara bəxş etdiyi
                        qeyb-elmi  vasitəsilə,  birbaşa  Allahın  məmuriyyətinə  əsasən  bu  xəbərləri
                        söyləyirlər. Əlbəttə belə xəbərlər daha çox şəriət sahibi və gəlişi olduqca
                        lazım olan, yüksək əhəmiyyət daşıyan peyğəmbərlər barəsində verilir.
                           İmam Əli (ə) buyurur: «Uca Tanrı yaratdıqlarına daim ya şəriət sahibi
                        bir peyğəmbər göndərmiş, yaxud kitab endirmiş  ya da gərəkli bir höccət
                        tanıtmışdır...  Bəzi  peyğəmbərlər  gəlib  keçmiş  və  özündən  sonra  gələcək
                        peyğəmbərlərin adlarını bildirmişlər. Gələn peyğəmbərlərin bəzilərini ondan
                                                             1
                        əvvəlkilər tanıtmış, xəbər vermişdir.»
                            Beləliklə Tanrının sonuncu ilahi dini olan İslamı və kamil kitabı oan
                        Quranı  gətirmiş  axırıncı  peyğəmbər  Həzrət  Məhəmmədin  (s)  gəlişi
                        barəsində də İncildə əvvəlcədən xəbər verilmişdir. Bütün islam alimləri və
                        eləcədə bu dinin ana mənbəyi olan Qurani-kərimə görə, Həzrət Məhəmməd (s)
                        barəsində  istər  Qədim-əhddə  və  istərsə  də  Yeni-əhddə  çoxsaylı  işarələr,
                        hətta, birbaşa xəbərlər də vardır. Qurani-kərimə əsasən, tövrat və incildə
                        ört-basdır  edilmiş  çoxsaylı  həqiqətləri  aşkara  çıxarmaq  üçün  gəlmişdir:
                        «Ey  əhli  kitab!  Tövrat  və  incildə  gizlətdiyiniz  bir  çox  həqiqətləri  bəyan
                        etmək üçün Məhəmməd peyğəmbər, sizin üçün gəlmişdir.» (Maidə, 15)
                           Səff surəsi, 6-cı ayədə buyurulur: «Məryəm (ə) oğlu İsanın Bəni-İsrailə
                        söylədiklərini xatırla ki, buyurmuşdur: «Ey İsrail övladları, həqiqətən də,
                        Mən Allahın sizə göndərdiyi elçiyəm. Əlimdə  olan tövratı təsdiqləyir və
                        məndən sonra gələcək adı Əhməd (Məhəmməd) olan peyğəmbəri sizə müjdə
                        verirəm.»






                        1. Nəhcül-bəlağə, xütbə 5.
   201   202   203   204   205   206   207   208   209   210   211