Page 207 - Pure Life 02
P. 207
163/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Bu xəbərlərdən bəzisi indi də, məsihilərin və yəhudilərin müqəddəs kitablarında
(Bibliyada) mövcuddur. Qurani-Kərim buyurur: «Onlar ki, Tövrat və İncildə
(barəsində) nişanələri yazılmış «dərs oxumayan Peyğəmbərə» tabe olurlar,
səadətə çatan insanlardır.» (Əraf, 157)
Tarix kitablarında bu barədə belə yazılmışdır: «İslam Peyğəmbəri (s)
peyğəmbərliyə yetişməzdən əvvəl, yəhudilərdən ibarət böyük bir dəstə
Mədinə şəhərinə gəldilər. Onlar səbirsizliklə Məhəmməd adlı bir peyğəmbərin
olacağını və onun dəvətini gözləyirdilər. Çünki öz müqəddəs kitablarında
Məhəmmədin (s) məhz bu yerlərdə olacağını oxumuşdular. Lakin Məhəmməd
Peyğəmbərin (s) dəvətindən sonra onlardan bir dəstə iman gətirdi, digərləri
isə öz dinini şəxsi mənafelərinə qurban verərək, onunla müxalifətə çıxdılar.»
Bizim etiqadımız budur ki, peyğəmbərlərə nazil olan ilahi dinləri (məxsusən
İslam dini) yalnız insanların şəxsi yaşayışlarında və həyatlarının islahında deyil,
bütün ictimai məsələlərin həllinə yol açmışdır. Hətta ilahi dinlər insanların
gündəlik həyatlarında lazım olan elmi bəhslərə də, toxunmuş, onları bu sahədən
təmin etmişdir. Onların bəzisinə Qurani-Kərim işarə etmişdir. İlahi Peyğəmbərlərin
ən mühüm hədəflərindən biri də, cəmiyyətdə ədalətin bərqərar olunması məsələsi
olmuşdur. Qurani-Kərim buyurur: «Biz öz peyğəmbərimizi aydın dəlillərlə
göndərdik. Və onlara kitab və tərəzi (ədalətli qanunlar, haqqı - nahaqdan ayırmaq
vasitəsi) da, göndərdik ki, insanlar ədalətlə iş görsünlər.» (Hədid, 25)
Bibliya Həzrət Məhəmməd (s) barəsində nə yazır?
xv. - Xristianlıq baxışında
Xristian alimlərinin nəzərincə, İncildə Məhəmməd (s) peyğəmbərin gəlişi
barəsində heç bir məlumat verilməmişdir. Qədim-Əhddə isə, İsanın (ə)
gəlişi barədə əvvəlcədən müjdə vermiş və insanları ona iman gətirməyə
həvəsləndirmiş cümlələr mövcuddur. Misal olaraq, onlar Təsniyə 18/14-19;
İsayya nəbi 7/14-16-nın İsanın (ə) zühuru barəsində verilmiş müjdələr
olduğunu iddia edirlər.
Xristian alimləri müsəlmanların göz önünə çəkdiyi İncildəki Məhəmməd
(s) barəsində verilmiş müjdələrin əsassız olduğunu söyləyir, xüsusilə Yəhya
incilindəki xəbərlərin yalnız «Müqəddəs Ruha» aid olduğuna etiqadlıdırlar.