Page 208 - Pure Life 02
P. 208
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 162
1
d) İsa (ə) anadangəlmə korun gözünü açdıqda, fəriseylər inanmadılar və dedilər.
«Adi günahkar adam belə əlamətləri necə göstərə bilər? Bilirik ki, Allah günah
işlədənləri eşitmir, fəqət kim Allaha ibadət edib, Onun iradəsini yerinə yetirirsə,
2
Allah onu eşidər». Yuxarıdakı cümlələrdən belə nəticə alırıq: 1-Allah günahkara
möcüzə qüdrəti verməz. 2-Allah günahkarı eşitməz. Deməli, ilahi peyğəmbərlər
də, günah əhli ola bilməz.
e) Yəhyanın 1-ci məktubunda yazılıb: «Qardaşlar, qoy sizi heç kim aldatmasın.
3
Saleh iş görən Məsih, saleh olduğu kimi salehdir. Günah işlədən isə iblisdəndir.»
Peyğəmbərlər İblisdən yox, Allah tərəfindən göndərilmişlər. Və günahlardan
məsum olmalıdırlar. Məsum olmayan şəxs peyğəmbər deyildir.
Bütün bu söylədiklərimizlə birlikdə onu da qeyd etmək lazımdır təəssüf
ki, xristian alimləri peyğəmbərlərin günahsız və məsum olmalarını lazım
bilmirlər. Tövratın və Yeni-əhdin tam ziddiyyətli şəkildə yazdığı təzadlı
sözləri müşahidə edən xristianlar Qədim-əhdin yazılarını təsdiq etmək
4
məcburiyyətində qaldıqları üçün bu qənaətə gəlmişlər. Xristianlar yalnız
İsanın (ə) məsum olması qənaətindədirlər. Lakin bu ona görədir ki, İsa
onların etiqadına əsasən, insan şəklinə düşmüş Oğul Allahdır.
İslam dininə görə, Pavel İsanın (ə) «gedişin»dən 10 il sonra məsihi olub,
həvarilərin arasına daxil olmuş, bəzi təməlli təlimatlarını dəyişdirilməsində
rol oynamışdır. Belə ki, islami mənbələrə əsasən xristian aləmində yaranmış
bəzi əqidələrin banisi Paveldir. Belə ki, bu əqidələr Həzrət İsanın (ə)
5
yazanında mövcud deyildi.
xvi. Keçmiş peyğəmbərlərin gələcəkdən verdiyi xəbərlər
Bir çox peyğəmbərlər özlərindən sonra gələcək peyğəmbərlərin barəsində
xəbər vermiş və onların nişanələrini bəyan etmişlər. Həzrət Musa (ə) və
Həzrəti İsa (ə) da, Məhəmməd Peyğəmbərin (s) gələcəyi barəsində xəbərlər
vermiş və onun nişanələrini, bəyan etmişlər.
1. Onlar İsanın (ə) Allah tərəfindən göndərilən peyğəmbər olduğundan xəbərsiz idilər.
2. Yəhya, 9-cu fəs. 16-31-ci cüm
3. Yəhyanın 1-ci məktubu, 3-cü fəs. 7-8-ci cüm
4. «Ənisül-əlam», c. 1, səh. 131-356
5. Məhəmməd Sadiq Fəxrül-islam, «Ənisül-Ə`lam fi nüsrətil-İslam», c. 1, səh. 123;
«Biharul-ənvar», c. 8, səh. 310; «Biharül-Ənvar», c. 13, səh. 212