Page 209 - Pure Life 02
P. 209
161/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
İsa (ə) peyğəmbər burada şagirdlərinə olduqca ağıllı və məntiqə uyğun
bir həqiqəti açıqlayır. O, bəyan edir ki, ali mənəvi saflığı olmayan,
günahlardan pak olmayan şəxs, başqalarını düzlüyə yönəldə bilməz.
Çirkin işlərlə məşğul olan təbliğatçı dindar, xalqı kamilliyə doğru ucalda
bilməz. Şagirdləri camaatın kiçik bir hissəsinə təbliğ etmək üçün hazırlaşan
zaman Həzrət Məsih onlara belə söyləyərsə, böyük xalq kütlələrinə ilahi
dinini təbliğ etməyə məmur olan peyğəmbərlərin məsuliyyəti daha da
böyükdür. Onların ruhani saflığa malik olması və günahlardan pak olması
olduqca zəruridir. Amma biz, Tövratdakı peyğəmbərlərə diqqət yetirdikdə,
bunun əksini görürük. Onlara hətta ən çirkin işlərdən - kafirlik, şirk, cinsi
pozğunluq və s. çəkinmirlər. Əlbəttə, bu təhrif olunmuş Tövratın uydurduğu
böhtanlardan başqa bir şey deyildir. İlahi peyğəmbərlərin belə iyrənc hərəkətlər
etməsi qeyri-mümkündür.
Diqqət edin. Görün İsa (ə) bu barədə necə hökm edir: «Yalançı
peyğəmbərlərdən qorunun! Onlar yanınıza qoyun cildində gələrlər, amma
daxildə vəhşi qurddurlar. Onları bəhrələrindən (əməllərindən) tanıyacaqsınız.
İnsanlar tikanlardan üzüm, yaxud qanqaldan əncir yığarlarmı?» Beləliklə,
hər yaxşı ağac xeyirli meyvə verər, pis ağac isə çürük meyvə verər. Yaxşı
ağac çürük meyvə verə bilməz. Xeyirli meyvə verməyən hər ağac kəsilər
1
və oda atılar. Siz onları bəhrələrindən tanıyacaqsınız.»
b) Luka incilində İsa (ə) belə söyləyir: «Kor koru yedəkləyə bilərmi? İkisi də
2
quyuya düşməzmi?» İlahi peyğəmbərlər də beləcə. Onlar əgər pak və günahsız
insanlar olmasalar, başqalarını necə paklığa doğru çəkə bilərlər? Günahdan
gözləri «kor» olmuş, həqiqəti görə bilməyən şəxslər necə digərlərini haqqa
yönəldə bilərlər? Deməli, peyğəmbərlərin məsum olmağı olduqca zəruridir.
c) Yəhya incili, 8 fəsil, 34-cü cümlədə oxuyuruq: «İsa (ə): Sizə doğrusunu
deyirəm: «Günah işlədən hər kəs, günahın köləsidir, onun quludur!»
Peyğəmbərlər də əgər günah əhli olsalar, iblisin qulu, köləsidirlər. Bir
halda ki, onlar Allahın milyonların içindən seçdiyi bəndələridir, deməli
Allahın qulu olmalıdır, nəinki şeytanın!
1. Matta, 7-ci fəs. 15-20-ci cüm
2. Luka, 6-cı fəs. 39-cu cüm