Page 210 - Pure Life 02
P. 210
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 160
Bunun da səbəbini belə açıqlayırlar ki, «İncil» Allah tərəfindən kəlmə-kəlmə
1
nazil olmuş kəlam deyil. Bu kitabda yalnız İsanın həyatı və buyurduqları
təlim-tərbiyələr o həzrətin həvariləri (yaxınları) tərəfindən yazılmışdır.
Əgər İncili insanlar yazıblarsa, necə vəhy dərəcəsində mötəbər ola bilər?
sualının cavabında məsihi filosofu Tomas Mişel belə yazır:
«Məsihilərin etiqadına görə Uca Tanrı müqəddəs incili bəşərin əlilə
təlif etmişdir. Başqa sözlə desək, Allah-taala müqəddəs kitabı Ruhul-Qüds
vasitəsilə təlif edib və bu işdə bəşər müəlliflərindən kömək almışdır. Və
Ruhul-Qüdsün bəşərə köməyi onların qəlblərini ovsunlamaq olmuşdur.
Belə ki, onlar yalnız Tanrı iradə etdiyi mətləbləri yaza bilmişlər. Deməli,
2
incilin müəllifi həm Allahdır, həm bəşər.»
Məsihilərin bəziləri, hətta, müqəddəs kitabda olan cümlələri (kəlmələri)
eyni Ruhul-Qüdsün ilhamları bilsələr də, katoliklərin nəzərincə bu kitabda
olan bütün cümlələr bəşərin öz ibarələridir. Sadəcə olaraq cümlələrin məfhumları
Ruhul-Qüds vasitəsilə təsdiq olunmuşdur.
Xatırladıq ki, qeyd etdiyimiz vəhyin mənaları, məsihilərin arasında olan
məşhur bir nəzərdir ki, bu nəzərin əsası Pavelin və Yuhənnanın yazılarına
qayıdır.
Məsumluq
Yeni əhddə peyğəmbərlərin məsumluğu
Yeni əhddə, peyğəmbərlərin pak və günahsız olması haqda bir sıra cümlələr
mövcuddur. Yəni dolayası yolla olsa da, bu kitabda peyğəmbərlərin məsum,
günahsız insanlar olmasının lüzumunu qeyd edilərək, onların günahdan və
çirkin işlərdən pak olmaları vacib sayılır. Gəlin birlikdə «Yeni-Əhd»ə diqqət
yetirək:
a) «İsa (ə) şagirdlərinə dedi:» Siz yer kürəsinin duzusunuz; hər şey iyləndikdə
duzla təmizlənər, amma duz iylənsə, nə ilə duzlanar? Artıq çölə atılıb, insanların
ayaqları altında əzilməkdən başqa bir şeyə yaramaz... Siz dünyanın nurusuz.
Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi
3
görsünlər və göylərdəki Atanıza (Allaha) həmd etsinlər.»
1. Barbur Ayen, Elm və din, səh. 145
2. Məsihi əqidəsi, səh. 26
3. Matta, 5-ci fəs. 13-16-cı cüm