Page 211 - Pure Life 02
P. 211
159/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
1. Müqəddəs incilin, həvarilərin Ruhul-Qüdsün vasitəsilə təsdiqlənməsi.
Katolik kilsəsinə görə, Papanın bəyanatları da Ruhul-Qüds
1
tərəfindən təsdiqlənmiş vəhydir.
Məsihi alimlərinin nəzərincə üçüncü hissə vəhyin əsl həqiqi mənası,
birinci, ikinci və dördüncü qisim isə vəhyin məcazi mənasıdır. Xristianlığa
görə, həqiqi vəhy İsada tamamlanmışdır. Məsihilərin əqidəsinə görə İsa,
cisim və insan şəklinə düşmüş Allahdır. O, insanların arasında mücəssəm
olmaqla onları həqiqətə tərəf (Ata Allaha) yönəldir. Onlar bunun səbəbini
belə açıqlayırlar: «(Ata) Allah-taala əlçatmaz bir qüdrət olduğu üçün çarəsiz
qalıb öz əziz oğlu İsanı bəşər şəklinə salıb və bu vasitə ilə insanları özünə
2
tərəf cəlb edir»
Ümumiyyətlə, xristian dinində insanlar Allahı (İsanı) görür və onu
həyatda özlərinə nümunə seçirlər. Həmçinin insanlar Allaha iman
3
gətirməklə onun məcazi oğulları sayılırlar.
İndiki məsihiyyətdə deyilir: Allahın oğlu İsadan qabaq başqa
peyğəmbərlər tərəfindən bəyan olunmuş hökmlər yalnız bəndələr və qullara
şamil edilir. Lakin sonra Allahın oğlu İsanın insanların arasında təcəssüm
tapması və sonda səlbə çəkilməsilə, artıq ona iman gətirənlərin hamısı
Allahın oğulları sayıldılar. Deməli, məsihiyyət dinidə Allahla insanlar
arasında olan əlaqə «Ata və oğul» rabitəsi əsasında qurulmuşdur.
Baxmayaraq ki, bu rabitə İsadan başqalarında məcazi məna kimi işlənir.
Pavel bu barədə yazır: «Allahın oğluna (İsaya) iman gətirənlərin hamısı
onun oğulları sayılırlar. Beləliklə, siz xristianlar, tanrı bəndəsi və qulu yox,
4
əksinə, onun oğulları sayılırsınız. Artıq ondan qorxmağınız lazım deyil.»
Çox az saylı bir qrup vəyhi Allahın yazılı şəkildə bəyan etdiyinə
5
işarələr etsə də, lakin böyük əksəriyyət, «vəhy» kəlməsinin mötəbər
saydıqları bu ilahi kitaba deyilməsini məcazi və qeyri-həqiqi məna bilirlər.
1. Corc Brentel, "Katolik məzhəbi", səh. 118
2. SSS, R. 19
3. Məsihi əqidəsinə görə Allahın həqiqi oğlu yalnız İsadır ki, o da Allahın bir hissəsi sayılır.
Ona iman gətirənlər isə Allahın məcazi oğulları sayılırlar.
4. Rumlulara, 8-ci fəs. 14-17-ci cüm.
5. Can Hik, Din fəlsəfəsi, səh. 37-38