Page 212 - Pure Life 02
P. 212

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 158





                           1-  Peyğəmbərlərin  ən  əhəmiyyətli  vəzifəsi  Allahın  göndərəcəyi
                               Xilaskarı  (İsanın  gəlişini  və  ona  iman  gətirməyin  zəruriliyini)
                                                          1
                               insanlara xəbər vermək idi.
                        «Vəhy» nədir?
                        İslam,  Yəhudi  və  Xristian  dinlərinin  əqidəsinə  əsasən,  Allah-taalanın
                        insanları  yaratmaqdan  məqsədi  onların  kamilliyə  çatması  və  ilahi-əxlaqi
                        dəyərlərə yetişmələri olmuşdur. Və buna görə də Allah-taala bəndələrilə öz
                        arasında müxtəlif vasitələrlə əlaqə saxlamışdır. Bu mənəvi əlaqə və rabitələrin
                        hamısının kökü «vəhy» deyilən ilham qüvvəsinə qayıdır. Başqa dillə desək,
                        tanrının insanların haqqa yönəlmələri və vicdanlarının oyanması üçün onlara
                                                                         2
                        mənəvi qüvvələr ilə ilham etməsinə «vəhy» deyilir.  Bu tərif ümumi şəkildə
                        məsihiyyət və islam baxımından düzgün sayıla bilər. Lakin vəhyin həyatda
                        formalaşması və xaricdə baş vermiş həqiqətinə gəldikdə, bu dinlərin arasında
                        olan aşkar ixtilafları araşdırma bölümündə nəzərinizə çatdıracağıq.

                        Xristianlıqda «vəhy»
                        Vəhy xristianların məşhur əqidəsinə əsasən üç hissəyə bölünür:
                          2.  Katoliklərin  fikrincə,  insan  və  təbiət,  ümumiyyətlə  yaranmışlar  bir
                                                        3
                              növ Allahı tanıdan vəhydir.
                          3.  Allahın səsini eşitmək, yaxud mələklərin xəbər gətirməsi, bəzən də
                              xəyallar  və  röyalar  görməklə  vəhy  almaq.  Vəhyin  bu  növü
                              Əhdi-ətiqdə olduğu üçün xristian dinində təsdiq edilmişdir.
                          4.  Allahın (İsanın) insanların arasında təcəssüm tapması (maddiləşməsi)
                              ilahi vəhyidir.  Onlar  düşünürlər  ki,  ilahi vəhyi  ən  ali  şəkildə  Oğul
                              Allah olan İsada təcəlla etmişdir. Onun həyatı, sözləri, hərəkətləri və
                                                                     4
                              fədakarlığı Tanrının insanlara xəbəridir.   "Kəlam bəşər olub, lütf və
                              həqiqətlə  dolu olaraq  aramızda  ssakin  oldu.  Biz  də,  Onun  izzətini,
                              Atanın vahid Oğlunun izzətini gördük." (Yəhya, 1:14)




                        1. "İman Yolu", Yusif Miller, səh 49
                        2. «Vəhy» lüğətdə «işarə», «ilham», «sirr» və «yazmaq» mənasınadır
                        3. Corc Brentel, "Katolik məzhəbi", səh. 26-27
                        4. Yəhya, 7:16
   207   208   209   210   211   212   213   214   215   216   217