Page 213 - Pure Life 02
P. 213
157/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Belə ki, İbrahimin qoca vaxtında, arvadı Saradan İshaq adında oğlu
olmuşdur. İbrahim Allaha həddindən artıq iman etdiyinə görə oğlu İshaqı
Ona qurban verməyə hazır idi. Lakin Allah İshaqın əvəzinə qurbanlıq üçün
qoç verdi (Yaradılış 22:1-19). Sonra Allah İbrahimə vəd etdi ki, İshaqın
nəsli dünyaya nicat və xoşbəxtlik gətirəcəkdir. Bu vəd İsa Məsihdə yerinə
yetirildi. Bu haqda, nicat və qurtuluş bəhsində söhbət açacağıq.
1- Çoxsaylı xristian qrupları inanırlar ki, Məsihdən sonra Yəhya,
Peter, Pavel kimi həvarilər gəldilər. Onlar da, Allahın kəlamını
insanlara deyir və onları İsa Məsihə itaət etməyə öyrədirdilər.
Onlar da Allahın peyğəmbərləri olmuşlar. Geniş mənada isə
1
Allahın Kəlamını yayan başqa hər kəs peyğəmbər adlandırıla bilər.
2- Bəzi qrupların fikrincə, İlyas və Vəftizçi Yəhya kimi bəzi peyğəmbərlər
kitab yazmamışlar. Musa, Davud, Yeşaya, Yəhya, Pavel kimi
2
peyğəmbərlər isə gələcək nəsillər üçün Allahın Sözlərini yazmışlar.
3- Allah peyğəmbərləri 2000 il ərzində göndərmişdir. Peyğəmbərlər
əsasən İsrail xalqından seçilmişlər. Allah onu xüsusi xalq olaraq
seçmişdir ki, həqiqətini dünyanın bütün xalqlarına bu xalq
3
vasitəsilə bildirsin.
4- Peyğəmbərlər cəmiyyətin bütün təbəqələrinə mənsub olduqlarından
onların bəziləri varlı, bəziləri isə yoxsul olmuşlar. Onların arasında
alim, savadsız, qoca, cavan və s. olmuşdur.
5- Allahın Sözləri peyğəmbərlərə müxtəlif üsullarla gəlib çatmışdı.
Bəziləri Allahın səsini eşitmiş, bəziləri mələklərdən xəbər tutmuş,
bəziləri xəyallar və röyalar görmüş, bəzilərinə isə bunu ağıl və
ürəkləri ilə Ruhül-qüds tərəfindən demişdir. Onlar da insanlara
deyirdilər: "Rəbb belə buyurur."
6- Bəzi xristian qrupları etiqad bəsləyir ki, bir sıra peyğəmbərlərə
möcüzə yaratmaq gücü verilmişdir. Bu da onların sözlərinin
həqiqiliyini sübut edir. Bunlar Musa, Elişa, Peter kimi
peyğəmbərlərdir. Vəftizçi Yəhya kimi peyğəmbərlər isə heç bir
möcüzə göstərməmişlər.
1. "İman Yolu", Yusif Miller, səh 46
2. "İman Yolu", Yusif Miller, səh 47
3. "İman Yolu", Yusif Miller, səh 48