Page 214 - Pure Life 02
P. 214

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 156





                           Amma unutmamalıyıq ki, xristianlar "peyğəmbərlik" dedikdə, özlərinə
                        xas  məna  və  məfhumu nəzərdə  almışlar.  Buna  görə  də,  yəhudilərlə  bəzi
                        əsaslı  fərqlərə  malikdirlər.  Ümumiyyətlə,  xristianların  peyğəmbərlik
                        haqqındakı fikirləri aşağıdakılardan ibarətdir:
                           1-  Məsihilərin  etiqadına  əsasən,  Allah  kəlamını  insanlara  demək  və
                               onları  doğru  yola  yönəltmək  üçün  peyğəmbərlər  göndərmişdir.
                               Amma bunun səbəbini yəhudilərdən tam fərqli izah edirlər. Onların
                               əqidəsinə  əssasən,  insanlar  "günah"  səbəbi  ilə  Allahın  səsini
                               eşitmək istəməmiş, demək olar ki, "mənəvi karlıq"larına görə bunu
                               bacarmamışlar.  Peyğəmbərlərin  göndərilmə  zərurəti  məhz  buna
                               görə yaranmışdır. Gələn bəhslərimizdə "günah" və "mənəvi karlıq"
                               haqqında ətraflı məlumat veriləcəkdir.
                           2-  Xristianlıqda "peyğəmbərlik" məfhumu geniş mənada qəbul edilir.
                               Buna  görə  də,  peyğəmbərlər  fərqli  xüsusiyyətlərə  malik  olan
                               şəxslər  deyildir.  Xristianlığa  görə,  Allah  bəzi  insanlarla  danışmış
                               və onlardan kəlamlarını başqa insanlara çatdırmasını tələb etmişdir.
                               Beləliklə, onlar Allahın peyğəmbərləri olmuşlar. Bunların arasında
                               əvvəllər olduqca çirkin və pis işlərlə məşğul olmuş insanlar, hətta
                               günahsız  insanları  qətlə  yetirən  şəxslər  də  yer  alır.  Bəzən  də
                               peyğəmbərlər  bu  günahlara  peyğəmbərlik  dövründə  də  əl  atır,
                               amma tövbə edirlər. Tövbə etmiş kişi və qadın peyğəmbərlər iman
                               etdikləri üçün qurtulduqlarına görə Allah tərəfindən bağışlamışdır.
                               Bir sözlə, peyğəmbərlər heç də günahsız olmamışlar.
                           3-  Çoxsaylı  məsihi  qruplarının  fikrincə,  qadınlar  da  peyğəmbər  ola
                               bilər.  Buna  nümunə  olaraq,  bir  çox  qrupların  Musanın  bacısı
                                                                                         1
                               Məryəmi peyğəmbər saydıqlarını qeyd etmək mümkündür.
                           4-  Bir  çox  xristianların  əqidəsinə  əsasən,  Allahın  dostu  və  iman
                               gətirənlərin  atası  sayılan  İbrahimi  Allah  bir  çox  xalqların  atası
                               seçmişdir.  Bütün  peyğəmbərlər  İbrahimin  və  onun  oğlu  İshaqın
                                            2
                               nəslindəndir.




                        1. "İman Yolu", Yusif Miller, səh. 44
                        2. "İman Yolu", Yusif Miller, səh 45
   209   210   211   212   213   214   215   216   217   218   219