Page 215 - Pure Life 02
P. 215
155/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Yuxu görmək bir nemətdir ki, ondan məhrum olmaq, Allah tərəfindən
cəzalandırmaq kimi təqdim edilir. Qədim əhddə yalançı peyğəmbərlər
1
yuxu görməkdən məhrum edilməklə təhdid edilir. "Buna görə sizə
görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz.
Həmçinin, Əhdi-ətiqdə Misirin Fironunun yuxusu və Yusif peyğəmbərin
2
yuxu yozma əhvalatı da nəql edilir."
Həmçinin, Əhdi-ətiqdə padşahlar pis əməllərinə görə Allah tərəfindən
yuxuda ikən danlanır. Buna nümunə olaraq, Əhdi-ətiqdə Allahın
Avimalekin yuxusuna gələrək, İbrahimin həyat yoldaşını mənimsədiyi
3
üçün onu təhdid etməsini qeyd edə bilərik.
Vəhyin və peyğəmbərliyin sonu
Yəhudi alimlərinin fikrincə, Həzrət Musa (ə) gətirdiyi vəhylərdən əlavə, bütün
peyğəmbərlərin söylədiklərini də bəyan etmişdir. Bununla da, insanlara kamil və
hərtərəfli bir din bəxş etmişdir. Buna görə də, dörd il miladdan öncə hüdudlarında,
ilahi vəhy və Ruhul-qüdsün enişi İsrail övladlarından kəsildi. Amma Məsih
(Maşih) gəldikdən sonra, yenidən bərpa ediləcəkdir. Bununla belə, sonuncu yəhudi
peyğəmbərin ölümündən sonra da, bəzən ilahi-səmavi səslər Allahın fərmanlarını
4
xalqa çatdırır. Həzrət Musadan (ə) sonra İsrail övladları arasında mövcud olan 48
kişi peyğəmbər və 7 qadın peyğəmbər Tövrata heç bir şey artırmayıb və bu 55
5
peyğəmbər sadəcə olaraq Tövratı təbliğ etməklə məşğul olmuşlar.
Xristianlıqda peyğəmbərlik
Biz xristianlığın peyğəmbərlər haqqındakı fikirlərini Bibliyadan öyrənirik. Orada
xristianların etiqadına əsasən, Allah tərəfindən seçilmiş və Onun müjdəçiləri olan
adamların tərcümeyi-halları, yazıları və sözləri mövcuddur. Peyğəmbərlərin
dəqiq sayı məlum deyildir. Bibliyada adı çəkilən bir sıra peyğəmbərlər bunlardır:
Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Musanın qardaşı Harun, Musanın bacısı
Məryəm, Natan, Şəmuel, Davud, İlyas, İshaq, Elişa, Yeşaya, Yeremya, Yəhya,
Yoel, Daniel və İsa Məsihin gəlişindən əvvəl gəlmiş Vəftizçi Yəhya...
1. Mikeya, 3:6
2. Varlıq, 41:1-39
3. Yaradılış 20:3-4
4. Təlmud, Tusiftasuta, 13:3
5. Əmir Firuddin Qorqani, "Təlmuddan seçmələr", səh. 141