Page 110 - Pure Life 07
P. 110
126 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən
azadsan və mən bu bağı da Allah yolunda sənə
hədiyyə edirəm.»
1
4. Təvazökarlığı
( )
«Mö’minləri qanadın altına al (iman gətirənlərə
qarşı təvazökar olub yumşaq davran və onları
2
himayə et)!»
Diqqət etmək lazımdır ki, İlahi şəxsiyyətlərin ən
ali mənəvi xüsusiyyətlərindən biri də, onların
təvazökarlığıdır. Deməli İmam Hüseyn (ə) izzət,
iftixar və vüqar imamı olduğu kimi, eyni halda
təvazökarlıq, ürəyiaçıqlıq və şəfqət imamıdır. O,
necə ki, digər üstün mənəvi, ruhani xislətləri ilə
məşhurdur, öz təvazökarlığı ilə də həmişə
müsəlman aləminin diqqət mərkəzində olmuşdur.
O, heç vaxt digər insanlara laqeyd münasibət
bəsləməmiş, qullar, yoxsullar və hətta uşaqlarla
birlikdə əyləşib onlara qonaq olmuşdur.
Həzrət Hüseyn (ə) nəinki heç vaxt miskin
insanlara etinasızlıq, hörmətsizlik etməmiş,
həqiqətdə həmişə onlara xüsusi ehtiram və qayğıyla
yanaşmışdır. Bununla da o, öz rəftarı ilə bütün
bəşər övladına daim təvazökarlıq dərsi vermişdir.
Bu barədə bir neçə rəvayət sizə təqdim edirik:
1. Xarəzmi, «Məqtəl», səh. 153; «İhqaqül həqq», c. 11, səh. 444.
2. Hicr surəsi, ayə 88.