Page 111 - Pure Life 07
P. 111

İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 125

                     İmam  Hüseyn  (ə)  yəhudinin  yanına  getdi  və
                  qulun  pulunu  ödəyib,  azad  etmək  istədi.  Yəhudi
                  Həzrət Hüseyni (ə) tanıdı. O, İmamın (ə) hörmətinə
                  qulu pul almadan azad etdi. Belə olduqda İmam (ə)
                                         1
                  pulu da qula verdi.»
                     ə)  «Əbdürrəhman  Səlami,  İmam  Hüseynin  (ə)
                  övladlarından  birinə  «Həmd»  surəsini  öyrətdi.
                  Övladının «Həmd» surəsini əzbər oxuduğunu görən
                  İmam  (ə),  Əbdürrəhmana  min  dinar  pul,  bir  ovuc
                  dürr  hədiyyə  verdi.  Və  buyurdu:  «Bütün  bunlar
                  sənin işin müqabilində dəyərli deyildir.»
                                                                2
                     j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə
                  gəldim.  Kənizi  ona  su  verdi.  İmam  (ə)
                  mehribanlıqla  onun  üzünə  baxıb  bir  miqdar  pul
                  hədiyyə  etdi  və  buyurdu:  “Bununla  ailənin
                                        3
                  ehtiyaclarını ödə. »
                     z)  Əbul  Müəyyid,  Həsən  Bəsridən  nəql  edir  ki,
                  İmam  Hüseynin  (ə)  bol  bəhrəli  bir  bağı  var  idi.
                  Günlərin  birində  İmam  (ə)  bağına  baş  çəkməyə
                  getdikdə  «Safi»  adlı  qulunun  orada  oturub  nahar
                  yediyini  gördü.  Qul  hər  dəfə  özü  üçün  çörək  kəsib
                  götürdükdə yanındakı kimsəsiz itə də verir, onun da
                  qayğısına  qalırdı.  Yeməyi  qurtardıqda  qul  dedi:
                  «Bütün aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər
                  olsun! Ey mənim Allahım, ağamı və məni bağışla...»



                  1. «Mənaqib», c. 4, səh. 75.
                  2.  «Mənaqib»,  c.  4,  səh.  66,  «Biharül-ənvar»,  c.  44,  səh.  191;
                  «Səfinətül-Bəhar», c.1, səh. 609.
                  3. İbn Səd, «Tərcümətül-imamil-Hüseyn (ə)», səh. 137-138.
   106   107   108   109   110   111   112   113   114   115   116