Page 226 - Pure Life 09
P. 226
/
(
244 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
- Siyasi sistemlə eyni qrupdan (kökdən) olan terminlər
Siyasi sistem siyasi ədəbiyyatda oxşar söz və
məfhumlarla məna olunduğundan, danışıq və
yazılarda siyasi sistemin yerinə istifadə edilən bir
neçə termin araşdırma mərkəzində dayanır ki, bu
terminlərdən bəzilərinin digərlərinin yerinə
işllədilməsini müşahidə edək və nəticədə bizim
daha aydın şəkildə onları bir-birindən ayıra və
siyasi sistemi aşkara çıxara bilməyimiz üçün
zəminə yaransın və sonda bu məfhumları məntiqli
şəkildə bölgülərə ayıra bilək.
Nəzərinizə çatdıracağımız terminlər
aşağıdakılardan ibarətdir:
Dövlət, hökumət və ölkə.
1. Dövlət
1
Dövlət bir mənada müəyyən və təyin edilmiş bir
siyasi sistemdir. Yəni, hansısa bir siyasi sistem bir
ölkə qəlibində xarici aləmdə həyata keçdiyi, hansısa
bir cəmiyyətin mədəniyyəti, qabiliyyəti və siyasi
iradəsi ilə mütənasib olaraq möhkəmlənib
formalaşdığı və insan cəmiyyəti siyasi sərhədlər
hüdudunda müəyyənləşdirmə və razılaşma yolu ilə
inkişaf və səadətin müştərək tərifini əldə etdiyi zaman,
müştərək mənfəət və taleyə malik olur, müştərək dost
və düşmənlər qazanır və öz mənfəətlərini mühafizə
etmək üçün həmfikir, həmkar və müttəfiq olur, vahid
bir əl və mərkəzləşdirilmiş qüdrətə çevrilir.
1. Onun latın dilindəki qarşılığı “state”dir.