Page 227 - Pure Life 09
P. 227
Siyasət Elminə bir Baxış/ 243
Parsonz “siyasi sistemin hədəfə nail olmaq
metodlarını diqqət mərkəzində saxlayan ictimai
sistemin inhisarçı bir hissəsi olması” etiqadına
malikdir. Onun etiqadına əsasən, təkmilləşmiş bir
cəmiyyətdə təsirlər və ya siyasi sistemlə bağlı
proseslər ciddi şəkildə əhəmiyyət kəsb edir.
Qüdrət bu təsirlərin ən mühüm
nümayəndələrindən biridir və ümumi və simvolik
bir vasitə olaraq dövriyyədə olan pul kimi
inkişafetmiş cəmiyyətlərə öz fəaliyyətlərini
primitiv cəmiyyətlərdən daha təsirli şəkidlə həyata
keçirməyə imkan verir. Başqa ifadə ilə desək,
qüdrət bir cəmiyyətin ümumi meyllərin təsiri
altında seçilən hədəflər istiqamətində mənbələri
hərəkətə gətirmə qabiliyyətidir. Həmçinin, qüdrət
qərar qəbul etmə qabiliyyəti və məsuliyyətə səbəb
1
olan qərarların seçilməsidir.
Yuxarıdakı tərifdə diqqət yetirildiyi kimi, bəzən
siyasi sistemin mövqeyi ölkə, bəzən dövlət və hətta
hökumət, yəni inhisarçı olaraq qüdrət və
informasiyadan istifadə qabiliyyət və haqqına
malik olan icra aparatı mənasında və həmçinin,
hədəfə nail olmaq üçün qabiliyyət və qüdrət
mənalarında tərif edilmişdir. Eyni zamanda, onu
“siyasi rejim” mənasında da istifadə etmişlər.
1. Əhməd Pişavər, “Cameeşenasiye seyasi (Siyasi
sosiologiya)”, səh. 41.