Page 228 - Pure Life 09
P. 228

/
                     (
                  242  PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)


                     Beləliklə,  müxtəlif  dünya  görüşündə  inkişaf  və
                  tərəqqi müxtəlif məfhum və mənalarla bəyənilən və
                  siyasi sistemin hədəfi ola bilər. Sübhəsiz ki, siyasi
                  sistem barədə mütəfəkkirlər tərəfindən çoxlu sayda,
                  müxtəlif  və  bir-birindən  fərqli  təriflər  də  bəyan
                  edilmişdir. Daha çox tanışlıq (məlumat) əldə etmək
                  üçün onların bəzisinə işarə edirik:
                     Mütəfəkkirlərin  əksəriyyəti  “siyasi  system”
                  məfhumunu onun Qərb terminindəki qarşılığı olan
                  “siyasi rejim (quruluş)” mənasında istifadə edir və
                  deyir:  “Siyasi  sistem  dövlət  qüdrəti  və  siyasi,
                  idarəetmə,      iqtisadi,    məhkəmə,       hərbi,     dini
                  olmasından       asılı   olmayaraq       bütün     ümumi
                  təşkilatlara  və  bu  təşkilatların,  qanun  və  onlara
                  hakim  müqərraratların  keyfiyyətinə  malik  olan
                                                 1
                  qəlib və formaya sahibdir.”
                      Marksın  nəzərincə,  siyasi  sistem  iki  ünsürdən
                  təşkil  edilmişdir:  Birincisi,  siyasi  rəhbərlərvə
                  onlara  mənsub  məqamlar  və  ikincisi,  təşkilat  və
                  dövlət müəssisələri.
                                         2
                      Maks  Veberin  əqidəsinə  görə,  siyasi  sistem
                  bunlardan ibarətdir: Ölkə və ölkə başçısı.  Bu təşkilatın
                  mərkəzi  olan  dövlət  aparatı  ölkədə  hərbi  qüvvələrin
                  istifadə edilməsində qanuni inhisarın bir hissəsini təşkil
                  edir. Buna əsasən, belə bir təşkilat qüdrət axtarışında
                  olan qruplar üçün münasib zəminə yaradır.


                  1. Əbülhəmd, “Məbaniye seyasət”, səh. 41.
                  2.  Əhməd  Pişavər,  “Cameeşenasiye  seyasi  (Siyasi
                  sosiologiya)”, səh. 41.
   223   224   225   226   227   228   229   230   231   232   233