Page 229 - Pure Life 09
P. 229
Siyasət Elminə bir Baxış/ 241
Belə ki, İslamın Məkkədə zühur etdiyi ilkin
illərdə islami dövlət və hökumətin olmamasına
baxmayaraq, İslam siyasi sistemi özünün ilkin
formasını əldə etmiş idi.
3. Nəzm və siyasi tənzimləməni
formalaşdırmağa diqqət yetirən siyasi sistem
mövzu baxımından siyasətin ümumi
məfhumu ilə mütənasibdir.
Bu mənada ki, siyasi və rabitə məsələləri ictimai
məsələlərin strukturu hesab edilməklə yanaşı,
rabitə, iqtisadi və mədəni olmasından asılı
olmayaraq cəmiyyətin məsələlərinin tənzim və
idarə edilməsini, həmçinin, bu üç sahə arasındakı
məntiqi rabitələrin yaradılmasını, əmtəə və siyasi
idarəetmənin mahiyyətini əhatə edərək siyasi
sistem qəlibində özünü nişan verir.
4. Qeyd edilən tərifdəki ictimai
dəyişikliklərin hədəfi ünvanında təkamül
kimi əhəmiyyətli məsələyə diqqət yetirməklə
onun digər xüsusiyyəti anlaşılır.
Əlbəttə, hər bir xüsusi siyasi sistemin etiqad və
məktəb baxımından təkamül, tərəqqi və səadəti
necə tərif etməsini nəzərə almaq lazımdır. Bəzən
inkişaf və tərəqqi ilahi və insan xislətləri ilə bağlı
olan dəyərlər, bəzən də başqa bir prizmadan
dünyadan daha çox faydalanmaq, ləzzət almaq və
maddi imkanlar baxımından tərif olunur.