Page 230 - Pure Life 09
P. 230
240 / ( PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
“Siyasi system” məfhumu
- Tərif və xüsusiyyətlər
Siyasi sistem bunlardan ibarətdir: “Tənzimin
keyfiyyəti, hər bir insan cəmiyyətində istənilən
tərəqqiyə nail olmaq üçün rabitə, mədəni və
iqtisadi məsələlərin idarə edilməsi.”
Siyasi sistemlə bağlı qeyd edilən tərif aşağıdakı
xüsusiyyətlərə malikdir:
1. Siyasi sistem proqram təminatı və
proqramlaşdırma xüsusiyyətlidir və daha çox
teoriyaya – əlbəttə, cəmiyyətin müxtəlif
məsələlərinin tənzimlənməsinə diqqət yetirən
əhatəli bir teoriyaya – yaxındır. Nəticədə,
ümumi (külli) və qeyri-müəyyəndir.
2. Məkan və zamanla məhdudlaşmır. Yəni,
xüsusi bir zamana məxsus deyil və onun
müxtəlif zamanlarda həyata keçərək
formalaşması mümkündür. Eyni zamanda,
müxtəlif məntəqələr və cəmiyyətlərdə
meydana çıxma qabiliyyətinə malikdir.
Beləliklə, islami siyasi sistem müxtəlif
islami cəmiyyətlərdə formalaşa bilər.
Əlbəttə, siyasi sistem real şəkildə formalaşması üçün
bütün şərait və imkanlara malik olmaq mövzusuna
istinad eləmir, əksinə onun həyata keçməsinin ilkin
və ən aşağı mərhələsi onun proqramlaşdırma və ya
teoriya baxımından var olasıdır.