Page 232 - Pure Life 09
P. 232
/
(
238 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
- Qüdrəti tanıma (qüdrətlə tanışlıq) elmi
1
Siyasətin əsalətinə təkid edən Harold Lasvel ,
4
2
3
Çarlz Meryam , Maks Veber , Bertrand Rassel ,
6
5
Vatkins və Hans Morganta kimi tədqiqatçılar
qüdrətin siyasətin əsas məfhumu olması və siyasət
elminin bütün şaxələri ilə əlaqə yaratması etiqadına
malikdirlər.
7
Buna əsasən, siyasət və siyasət elmi təməli
zəminədə cəmiyyətdə mövcud olan qüdrətin mənbə
və nişanələri ilə məşğuldur və nəzəri və praktiki
siyasət baxımından qüdrət ən mühüm amil
olduğundan, qüdrətin tanınması siyasətin ən əsas
vəzifəsi kimi nəzərə çarpdırılır.
Lasvelin siyasətin tərifi ilə bağlı söylədiyi kimi:
“Siyasət elmi təcrübi bir sistem qəlibində olaraq
qüdrətin hansı şəkildə formalaşmasının
keyfiyyətinin öyrənilməsi və onda hansı paya malik
olmasından ibarətdir və siyasi fəaliyyət qüdrət
8
əsasında həyata keçən bir fəaliyyətdir.”
1. H. Lasswell.
2. Merriam
3. M. Weber.
4. B. Russell.
5. Watkins.
6. Hans Morgenthau.
7. Bonyadhaye elme seyasət, səh. 28.
8. Müraciət edin: Robert Dall, “Təcziye və təhlile cədide
seyasət”, səh. 1. Tərcümə: Hüseyn Zəfəriyan.