Page 233 - Pure Life 09
P. 233
Siyasət Elminə bir Baxış/ 237
Məktəblər, dünya görüşü və hədəflərin fərqliliyi
siyasətin müxtəlif şəkildə tərif və təfsir (izah)
olunmasına səbəb olduğu kimi, siyasətə tabe olan
siyasət elmi məsələsinə də düşüncə və
nəzəriyyələrin çoxluq və pərakəndəliyi yol
tapmışdır ki, onların arasından siyasət elmi ilə
bağlı çıxarılan aşağıdakı bir-neçə müxtəlif nəticəyə
işarə etmək olar:
- Dövlət və siyasi təşkilatlar haqqındakı elm
“Aşinayi ba elm seyasət” adlı kitabda belə yazılır:
Siyasət elmini dövlət elmi və ya teoriyalar, təşkilatlar
və dövlətlətin fəaliyyətləri ilə bağlı olan ictimai
elmlərə aid bir ixtisas ünvanında tərif etmək olar.
Daha geniş prizmadan yanaşdıqda, siyasi qüdrət
əldə etmək və milli siyasətdə öz nüfuzunu
genişləndirmək, həmçinin, ictimai dəyişikliklərə
rəhbərlik etmək ardınca olan və az-çox dövlətdən
ayrı qrupların, təşkilat və müəssisələrin fəaliyyətini
də yuxarıdakı tərifə əlavə etmək olar.
1
1. Rudi, Karlton Klaymer və Anderson, Tuton Ceymz və
Kristol, Karl Kuimbi, Aşinayi ba elm seyasət, səh. 10.
Tərcümə: Bəhram Mələkuti.