Page 234 - Pure Life 09
P. 234
(
/
236 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
Həmin səbəbdən, İslamda siyasi sistemin bəyan
və təhlil edilməsi məqamında siyasətə münasib
tərifin verilməsi çətin olması ilə yanaşı, onun
aşkarcasına zəruri olması da hiss edilməkdədir.
“Siyasət (politologiya) elmi” məfhumu
Siyasət elminin tərifinin siyasətin tərifi ilə birbaşa bağlılığı
vardır. Siyasət ümumi və xüsusi olmaqla iki şəkildə tərif
olunduğu kimi, siyasət elmi də iki cür tərif edilir.
Siyasətin ümumi olması prinsipinə əsaslanaraq
siyasət elmi “ondan istifadə etməklə xüsusi hədəfin
həyata keçməsi üçün tərəqqi mühitinin daha da
genişləndirilməsini mümkünləşdirən cəmiyyətin
rabitə, iqtisadi və mədəni məsələlərinin məcmusunu
idarə və himayə etməklə bağlı olan bir elmdir.”
Bu təriflə siyasət elmi müəyyən formada
cəmiyyətin müxtəlif məsələlərinin idarə edilməsi
ilə bağlı olan bütün elmlərə şamil olur. Amma
siyasətin xüsusi tərifinə istinad edərək siyasət
elminin tərifi aşağıdakı kimidir:
“Ondan istifadə olunması ilə ictimai
məsələlərin məcmusunu idarə və tənzim etmək
üçün imkanı yaradan və rabitələrin inkişafı və
ictimai məsələlər arasındakı münasibətlərin
islah edilməsinə səbəb olan bir elmdir.”
Bu təriflə siyasət elminin əhatə dairəsi müəyyən
həddə daha da məhdudlaşır və ümumi tərifdən fərqli
olaraq mövzu baxımında o, daha da müəyyənləşir.