Page 235 - Pure Life 09
P. 235
Siyasət Elminə bir Baxış/ 235
Sonda Buəli Sina da siyasəti ümumilikdə
məsləhətlə bağlı olan elm kimi tanıtdırmasına
baxmayaraq, növlərin bəyanı məqamında onu
hökumətin idarə olunması və səltənət elmi hesab edir.
3. Təriflərin digər qrupu siyasəti kütləvi
və ictimai həyatın ehtiyaclarını əhatə edən
bir məfhum hesab edir.
Belə ki, Robert Dall deyir: “Siyasət bəşər həyatının
qaçılmaz həqiqətlərindən biridir. İnsanlar zamanın
hər anında bir növ, siyasi məsələlərlə üzləşirlər.”
1
Unsur Əl-Mali Keykavus ibn Vəşmgir
“Qabusnamə”də siyasəti padşahın öhdəsində olan bütün
vəzifələr hesab edir və padşahın mühüm vəzifələrindən
birini əmr vermək kimi tanıtdırır və qüdrətin istifadə
2
edilməsini siyasətin əsas məğzi olduğunu düşünür.
Beləliklə, politologiya elmi alimlərinin vahid və
əhatəli bir tərif üzərində fikir birliyinə malik
olmamasını və təqdim edilən təriflərdən bəzilərinin
məfhum baxımından bir-biri ilə həddən artıq
fasiləyə sahib olmasını nəzərə almaq lazımdır.
1. Robert Dall, “Təcziyye və tərkibe cədide seyasət”, səh.
1. Tərcümə: Hüseyn Zəfəriyan.
2. O, “Qabusnamə”də yazır: Beləliklə, padşah əmr verən deyilsə, o,
padşah deyil. Belə ki, onunla digərləri arasında fərq olduğu kimi,
əmr verməkdə də fərqlər olmalıdır, çünki soltanların mülkiyyət
sistemi rəhbərlik etməyə (əmr verməyin) tabedir və hakimiyyət
siyasətdən başqa, digər bir şeylə mümkün deyil. Nəticədə, siyasət
yürütməkdə nöqsana yol vermək olmaz ki, əmirlər (tabelikdə
olanlar) tabe olsunlar və peşələr nöqsansız olsun. (“Qamusnamə”,
səh. 232. Qulamhüseyn Yusifinin düzəlişləri ilə)