Page 237 - Pure Life 09
P. 237

Siyasət Elminə bir Baxış/ 233


                      Ümumilikdə siyasətlə bağlı qeyd edilən ifadələr
                  yalnız  bu  məfhumu  əhatə  edən  məsələlərin  yalnız
                  bir  qismini  bəyan  və  təfsir  edə  bilər.  Amma
                  yönləndirmə və istiqamətlə bağlı əsas bir qismi isə
                  nəzərdən qaçırılmış olur.
                         2.  Üçüncü qrupdan olan təriflər siyasəti elm
                             və məlumatla bağlı bir məfhum hesab edir.
                  Mak  Aver  “Camee  və  hokumət”  (Cəmiyyət  və
                  hökumət)  adlı  kitabında  simvolik  şəkildə  belə
                  yazır:  “Siyasət  bizə  kimin  apardığını,  nəyi
                  apardığını,  hara  apardığını,  necə  və  nə  üçün
                                                      1
                  apardığını öyrədən bir elmdir.”
                     Tehran  universitetinin  politologiya  elmləri
                  müəllimi  Əbdülhəmid  Əbülhəmd  yazır:  “Siyasət
                  qüdrət münasibətlərinin bütün formalarını müxtəlif
                  zaman  və  məkanlarda  araşdıran  və  bu  qüdrətin
                  istiqamət  və       istifadə  edilməsinin  keyfiyyətini
                                                   2
                  nəzərə çarpdıran bir elmdir.”
                     Əli Şəriəti fərqli ifadələrlə “siyasəti insanın mühit,
                  cəmiyyət və özünün müştərək tale və həyatı və onda
                  yaşadığı,     həmçinin,     asılı    olduğu     cəmiyyətə
                                                                            3
                  nisbətdəki agahlığından ibarət olduğunu” hesab edir.





                  1.  Mak  Aver,  “Camee  və  hokumət”,  səh.  29.  Tərcümə:
                  İbrahim Əli Kəni.
                  2. Əbülhəmd, “Məbaniye siyasət”, səh. 29.
                  3.  Əli  Şəriəti,  Tarixe  ədyan,  səh.  11,  “Əncuməne  İslamiye
                  daneşcuyane daneşqahe sənəti” nəşriyyatı, hicri-şəmsi 1348-ci il.
   232   233   234   235   236   237   238   239   240   241   242