Page 236 - Pure Life 09
P. 236

/
                     (
                  234  PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)


                      Müsəlman və  məşhur iranlı filosof Əbu Əli Sina
                  deyir: "Siyasət əməli hikmətin qisimlərindən biridir və
                  o, hansısa bir şəhər və ölkədə qarşılıqlı yardımlaşma,
                  növün  davamiyyəti  və  fərdlərin  yaşayışının  rifahı
                  prinsipinə əsasən toplanmış olan (yaşayan) camaatın
                  məsləhəti ilə bağlı elmdir və o, iki qismdir.
                      Birincisi,  mülkiyyət  və  hakimiyyətə  aiddir  ki,
                  onu  “siyasət  (politologiya)”  elmi  adlandırırlar  və
                  ikincisi,  asimani  şəriət,  ilahi  hökmlər,  peyğəmbər
                  və  ilahi  övliyaların  göstərişləri  ilə  bağlı  olan
                  şeylərdir  ki,  onu  nəvamis  (mənəviyyət)  elmi
                                 1
                  adlandırırlar.
                      Bütün  bu  təriflərin  hamısının  yalnız  siyasətin
                  elmi  xüsusiyətini  bəyan  etməsindən  əlavə,  Mak
                  Aver mənfəəti siyasətin əsası hesab edir. Halbuki,
                  xidmət göstərmək, fədakarlıq və yol göstərmək də
                  siyasətin digər inkarolunmaz xüsusiyyətləridir.
                      Əbülhəmdin tərifi də siyasətin düzgün tərifinin
                  bir çox üstünlüklərinə malik olması ilə yanaşı, bir
                  növ  insani  (humanist)  və  qeyri-insani  (qeyri-
                  humanist)  münasibətlərin  ona  (tərifə)  əlavə
                  edilməsindən də yararlanır.
                      Həmçinin,  Əli  Şəriətinin  irəli  sürdüyü  tərifdə  o,
                  siyasəti  bütün  ictimai  elmlər  hövzəsinə  aid  etməklə
                  siyasətlə  digər  elmlər  arasındakı  fərqin  çox  az
                  olduğunu göstərir. Bundan əlavə, “agah olmaq” ifadəsi
                  insana batini və fərdi şəkildə yanaşmadan söhbət açır.



                  1. Əbu Əli Sina, “Qanun”, c.2, səh. 194.
   231   232   233   234   235   236   237   238   239   240   241