Page 238 - Pure Life 09
P. 238
232 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
/
(
Paris universitetinin sosiologiya müəllimi olan
Bertrand Rassel daha aydın şəkildə təqdim etdiyi bir
tərifdə siyasətin “qüdrət və nüfuzun istifadə edilmə
köklərinin araşdırılması və öyrənilməsi (tanınması)
olması” etiqadına malikdir. Bu tərifdə “qüdrət”
sözün ümumi mənasında nəzərdə tutulmuşdur.
Belə ki, o, “qüdrət”in izahı ilə bağlı belə yazır:
“Kim başqa birisini hansa bir işi yerinə yetirməyə
və ya onu yerinə yetirməkdən çəkindirməyə
1
məcbur edərsə, o, qüdrətdən istifadə etmişdir.”
Maks Veber siyasəti qüdrətdə şərik olmaq və
dövlətlər və yaxud bir dövlətdəki qruplar arasında
olmasından asılı olmayaraq, qüdrəti xüsusiləşirmək
2
üçün nüfuz etməyə çalışmaq hesab edir.
Yuxarıdakı bütün təriflərdə siyasət “qüdrət”
mənasında bildirilməsinə baxmayaraq, onların
(təriflərin) hər biri bir-biri ilə fərqlər malik olan
qüdrətin müəyyən bir səviyyəsini nəzərə çarpdırır.
Rassel insanın istəklərinin həyata keçməsi üçün qüdrətdən
–istər insanlar, istər digər varlıqlar və istərsə də, təbiətlə bağlı
olsun– istifadə etməsini siyasət kimi qələmə verir.
Covnel qüdrətin istifadə edilməsi dairəsini insan
münasibətləri ilə və Maks Veber isə onu dövlətlərin
daxili və xarici münasibətləri ilə məhdudlaşdırır və yalnız
dövlətlə münasibətdə – istər dövlətlərin bir-biri ilə, istərsə
də, bir dövlət daxilindəki qrupların bir-biri ilə rabitəsində
– qüdrətin istifadə olunmasını siyasət hesab edir.
1. Əbülhəmd, “Məbaniye siyasət”, səh. 27.
2. Əli Əkbər Əmini, “Məcəlleye ittilaate seyasi eqtesadi”, 11-ci say, səh. 29.